İnşaat mühəndisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək və onların istehsalat tapşırıqlarını vermək;
- Layihə-smeta sənədləri üzrə lazımi arayışlar, çertyojlar, hesabatlar hazırlamaq;
- İcra aktları əsasında material, invertar, maşın-mexanizm, avadanlıq və s. sərfiyatının hesablanması və müvafiq hesabatların tərtib edilməsi
- Təhvil-təslim aktları, Forma2, Forma 3 və digər sənədləri tərtib etmək.

Namizədə tələblər:

- Təhsil: inşaat sahəsində ali təhsil
- İş təcrübəsi: İnşaat mühəndisi olaraq tikinti layihələrində ən azı 3 il (fasiləsiz)
- Kompüter bilikləri: MS Office, Word, Excel, AutoCAD
- Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə (Rus və İngilis dilləri arzu olunandır).
- Yaş həddi: 25-45 yaş
- Cinsi: kişi

Əmək haqqı: iş təcrübəsi və təhsil nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
İş qrafiki: 09:00 – 18:00, bazar ertəsi – şənbə

E - mail : [email protected]