Mühasib
Şirkət- “ALCO” MMC
1. Mühasib aşağıdakıları bilməlidir:
- Rəhbərliyin tapşırıqlarını və əmrlərini;
- Mühasibatlıqla bağlı normativ materialları;
- Əmək qanunvericiliyini;
- Vergilərin ödənilməsi metodlarını;
- Maliyyə nəzarətinin prinsiplərini;
- Əmək və maliyyə xərclərinin normativlərinin işlənib hazırlanması qaydasını;
- Maliyyə hesablamaları və hesablama işini aparma vasitələrini və metodlarını;
- Maliyyə proqramlarından istifadə edilməsi qaydalarını;
- Maliyyə aktivlərinin, risklərinin və gəlirlərinin qiymətləndirilməsini;
- Mühasibat uçotunun aparılmasını;
2. Mühasibin funksional vəzifələri
2.1 Əsas vəsaitlərin (111), qeyri-maddi aktivlərin(101) və azqiymətlilərin (207) daxil olması uçotu
2.2 Alınmış sərvətlər üzrə əlavə dəyər vergisi və əvəzləşdirmə - 241
2.2 Ümumi istehsalat xərclərinin uçotu - 721
2.3 Gələcək dövrlərin xərclərinin uçotu - 242
2.4 Malsatan və podratçıların və digər kreditorların uçotu (o cümlədən üzləşmənin aparılması) – 431, 531
2.5 İşçilərlə hesablaşmalar (ə/h, məzuniyyət, ezamiyyət, son haq-hesab) - 533
2.6 Təhtəlhesab şəxslərlə iş - 244
2.7 Statistik və DSMF hesabatların hazırlanması, göndərilməsi və uçotu – 522
İş saatları-Həftənin 1-5 -ci günləri, 09:00-18:00
Maaş 500-1500 manat arası
CV-lər [email protected] email adresine göndərilsin. Subject hissədə isə vakansiyanın adı dəqiq yazılsın.