İKT üzrə mütəxəssis

İşin təsviri

İKT ÜZRƏ MÜTƏXƏSSİS
 
Heydər Əliyev adına Beynəlxalq Müasir Təhsil Kompleksində  İnformasiya-Kommunikasiya Texnologiyaları  üzrə mütəxəssis  vəzifəsinə müraciət etmək üçün tələb olunan sahədə  ali təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq, dinamik, enerjili və təşəbbüskar İKT mütəxəssisləri axtarırıq. Əmək haqqı ixtisas səviyyəsindən asılıdır.

Namizədə tələblər:

• İnformatika və hesablama texnikası, tətbqi riyaziyyat  üzrə bakalavr və ya magistr dərəcəsi;
• Tələb olunan sahə üzrə ən azı 3-5 il iş təcrübəsi;
• Azərbaycan dilində mükəmməl yazmaq və danışmaq bacarığı, rus və ingilis dillərini bilmək arzuolunandır;
• Sistemli təfəkkür, analitik qabiliyyət, müxtəlif həcmli məlumatları strukturlaşdırmaq və təhlil etmək bacarığı.

Öhdəliklər:

• Kompyuter və şəbəkələrin idarə olunması;
• Kompyuter sisteminin işləməsinin təmin edilməsi;
• Şəbəkənin istifadəsi ilə bağlı yaranan problemlərin aradan qaldırılması;
• İKT sahəsində müxtəlif xidmətlərin göstərilməsi və məsləhətlərin verilməsi;
• Kompyuterlərə proqramların yüklənməsinin həyata keçirilməsi;

Maraqlanan namizədlər arzu olunan Word və ya PDF formatında -  1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz), 2) cari CV şəkil ilə birlikdə. Bu materiallar mövzu hissəsində vəzifənin adı qeyd olunmaqla[email protected]  elektron ünvanına göndərilməlidir.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Müraciətin son tarixi: 30 iyun 2018-ci ildir.  Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir. Kompleks haqqında daha ətraflı məlumat üçün, https://news.day.az/politics/1005104.html linkinə müraciət edin. Müsahibədən uğurla keçən namizədlər 1 sentyabr 2018-ci tarixindən öz vəzifələrinin icrasına başlayacaqlar.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi tərəfindən digər vakansiyalar