Psixoloq

İşin təsviri

PSİXOLOQ
 
Heydər Əliyev adına Beynəlxalq Müasir Təhsil Kompleksində  psixoloq  vəzifəsinə müraciət etmək üçün tələb olunan sahədə  ali təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq, dinamik, enerjili və təşəbbüskar psixoloqlar axtarırıq. Əmək haqqı ixtisas səviyyəsindən asılıdır.

NAMİZƏDƏ TƏLƏBLƏR:

• Psixologiya sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi;
• Tələb olunan sahə üzrə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilində mükəmməl yazmaq və danışmaq bacarığı, rus və ingilis dillərini bilmək arzuolunandır;
• Hər yaş qrup uşaqlarla işləmək bacarığı.

ÖHDƏLİKLƏR:

• Müxtəlif metodikalardan istifadə edərək psixoloji diaqnostikanın həyata keçirilməsi;
• Psixoloji maarifləndirmə işinin aparılması;
• Qrup şəklində psixoloji təlimlərin keçirilməsi, individual və qrup şəklində konsultasiyaların aparılması;
• Konsultasiya, pedaqoji şura və valideyn iclaslarında müəllim və valideynləri uşağın münasib psixi inkişafının əsas qanunauyğunluq və şəraitləri ilə tanış edilməsi.

Maraqlanan namizədlər (Word və ya PDF formatında) -  1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub  (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində vəzifənin adı qeyd olunmaqla,  [email protected] electron ünvanına göndərilməlidir.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Müraciətin son tarixi: 30 iyun 2018-ci ildir. Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir. Kompleks haqqında daha ətraflı məlumat üçün, https://news.day.az/politics/1005104.html linkinə müraciət edilə bilər. Müsahibədən uğurla keçən namizədlər 1 sentyabr 2018-ci tarixindən öz vəzifələrinin icrasına başlayacaqlar.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi tərəfindən digər vakansiyalar