Sosial Media Meneceri

  • AO MMC
  • Elanın qoyulma tarixi: 28.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin adı: Sosial Media Meneceri
İş yeri: Bakı, Azərbaycan
Şirkət: “AO” MMC

Əsas vəzifə öhdəlikləri:

• Sosial mediada reklam kampaniyalarının hazırlanması və effektiv idarə edilməsi
• Sosial media qruplarında müsabiqə və sorğuların təşkili
• Müvafiq auditoriyanın cəlb edilməsi və izləyicilərin, qrup iştirakçılarının sayının çoxaldılması
• İzləyici şərhlərin qiymətləndirilməsi və onlara nəzarət, sualların cavablandırılması 
• Reklam kampaniyalarının effektivliyinin təhlili
• Keyfiyyətli kontentin hazırlanması
• Kontentin sosial media hesablarında, bloq və vebsaytlarda yerləşdirilməsi
• Kreativ ideyalarla müxtəlif brendlərin sosial media hesablarının zənginləşdirilməsi

Tələb olunan peşə-ixtisas səviyyəsi:

• Müvafiq sahədə 1 ildən az olmayaraq iş təcrübəsi
• Kompüter bilikləri (Photoshop, Coreldraw)
• Komandada işləmə bacarığı, təşəbbüskarlıq, kreativ düşüncə
• Yüksək səviyyədə Azərbaycan və rus dili bilikləri
• Zövqlü kontenti seçmək bacarığı
• Kopiraytinq bacarığı
• Fərqli layihələri eyni zamanda idarə etmək qabiliyyəti
• Məsuliyyətli və punktual

İş şəraiti:

6 gün 10:00-19:00
Nahar şirkət tərəfindən verilir
Qeyd: Əmək haqqı müsahibə zamanı təyin ediləcəkdir.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər [email protected] elektron ünvanına CV göndərə bilərlər. Xahiş olunur CV-nizi göndərərkən “subject” (mövzu) hissəsinə “Sosial Media Meneceri” sözünü qeyd edəsiniz.

AO MMC tərəfindən digər vakansiyalar