İcraçı Direktor

  • AO MMC
  • Elanın qoyulma tarixi: 17.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin adı: İcraçı Direktor

İş yeri: Bakı, Azərbaycan

Şirkət: “AO” MMC

Əsas vəzifə öhdəlikləri:

• Direktora şirkətin fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirməsi üçün rəylər təqdim etmək.
• Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək.
• Direktorun qərarlarının icrasına nəzarət etmək.
• Direktorun göstərişi ilə İcraçı Direktor səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək.
• Şirkətin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə Şirkətin Direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək.
• Şirkətin Direktoruna lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək.
• Nəğd pul və bank ödəmələrinə nəzarət.                        

Tələb olunan peşə-ixtisas səviyyəsi:

• İş təcrübəsi: müvafiq sahədə azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis və rus dilləri arzu olunandır);
• Kompüter bilikləri;
• Güclü qavrama qabiliyyətinə malik olmaq, müasir onlayn ticarət təfəkkürünü dərk etmək;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Təşəbbüskar, qərar qəbul etmə bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Ünsiyyət qurmaq, kollektivdə işləmək və yaxşı komanda rəhbəri olmaq bacarığı;
• səriştəli, müvafiq normativ sənədlərin, qaldırılan məsələlərin və edilən müraciətlərin kimə aid olduğunu təyin edə bilən, insanlarla iş sahəsində bir ildən az olmayaraq təcrübəsi olan şəxslər

İş şəraiti:

İş günləri: Həftənin 6 günü, istirahət bazar günü.
İş saatı: 10:00 – 19:00

Qeyd: Əmək haqqı müsahibə zamanı təyin ediləcəkdir.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - fotoşəkil ilə) [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Xahiş olunur CV-nizi göndərərkən “subject” (mövzu) hissəsində “İcraçı direktor” sözünü qeyd edəsiniz.

AO MMC tərəfindən digər vakansiyalar