Hüquq şöbəsinin rəisi

İşin təsviri

Hüquq şöbəsinin rəisi

Namizədə dair tələblər:

• Sərbəst Azərbaycan dili
• İngilis dili (arzu olunandır)
• Rus dili
• MS Office,
• Minimum 3 il Hüquq şöbəsinin rəhbərliyində əmək fəaliyyəti olmalı
• Hüquqi ali təhsil (İstehsalat üzrə arzu olunandır)
• Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;

Vəzifələr:

 Əməkdaşlıq edilən şirkətlər tərəfindən tərtib edilən müqavilələrdə yarana biləcək risk dərəcəsinin araşdırılması, qarşısının alınması və Cəmiyyətin prosedurlarına uyğun müqavilələrin bəndlərinin tərtib edilməsi.
 Tərtib edilən müqavilələrdə yarana bilən risk və problemli məsələlərin həllində tam məsuliyyət daşıması,
 Qanun mahiyyəti sənədləri işləyib hazırlayır və ya hazırlanmasında iştirak edir. Cəmiyyətin və onun törəmə müəssisələrin müəssisələrin hüquqi işlərinə metodiki rəhbərlik edir, sturuktur bölmələrə hüquqi yardım göstərir,
 Cəmiyyətin və onun törəmə müəssisələrinin məhkəmə işlərində sənədlərin toplanması, məhkəmələrdə qanuni təmsilçi kimi iştirak edilməsi, iddialara cavab hazırlanması. Məhkəmə nəticələri ümumiləşdirir və təhlil edir adiyyatı üzrə rəhbərliyə hesabatlar təqdim edir:
 Cəmiyyətin və onun törəmə müəssisələrin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində iştitrak edir. Qanunun tətbiqi üzrə iş aparır.  Cəmiyyətin və onun törəmə müəssisələrin fəaliyyətinə aid olan normativ aktlar ilə qüvvədə olan qanunvericiliyə dəyişikliklərlə vəzifəli şəxsləri tanış edir. Müəssisə, idarə və təşkilatların işçilərinə cari qanunvericilik haqqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəy verir.
 Cəmiyyətin və onun törəmə müəssisələrinin təsis sənədlərində baş vermiş dəyişikliklərin sənədləşdirilməsi və təsdiqlənməsi. 

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Həftəlik 5 iş günü
Nahar ilə təmin edilmə
Yüksək əmək haqqı

Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Hüquq şöbəsinin rəisi yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.