Texniki sahə Üzrə mühəndis

  • Antaris
  • Elanın qoyulma tarixi: 21.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Texniki sahə Üzrə mühəndis

Bakı

Yaş: 22 - 55 yaş

Təhsil: Ali

İş təcrübəsi: Texniki mühəndis sahəsində ən azı 1 il  iş təcrübəsi

Namizədə tələblər:

∙ Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
∙ Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir.
∙ Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırılır, onlar lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir.
∙ Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir.
∙ Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir.
∙ Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir.
∙ Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak edir.
∙ Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir.
∙ Tabeçiliyində olan işçilərinə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir.

TƏLƏBLƏR:

Təhsil: yanğın söndürmə, qaynaq sahəsində tərübəsi texnik və mühəndislər (diplomu olanlar ) müraciət etsinlər

Bilik və bacarıqlar:

∙ müəssisədə avadanlıqlar təmir xidmətinin təşkilini;
∙ avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını; montaj və təmir metodlarını; defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu; təlimatların tərtib edilmə qaydasını;
∙ avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını;
∙ istehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

Əmək haqqı: razılıq yolu ilə

E-mail: [email protected]