Performance Analyst

İşin təsviri

Vəzifə: Analitik

Şirkət: PITS MMC

Ölkə: Azərbaycan

Vəzifə və Öhdəliklər:

 İnformasiya Texnologiyaları və Xidmətlərinə aid avadanlıqların verilənlər bazasının hazırlanması (PC, mobil və masaüstü telefonlar)
 Telefon zəngi hesabatlarının hazırlanması
 İstifadəçilərin mobil telefonlarla bağlı sorğu və sifarişlərinin yerinə yetirilməsi
 Mümkün olduğu halda müvafiq problemlərin telefon vasitəsilə həll edilməsi
 Öncədən təyin olmayan sorğuların həlli
 Müvafiq proseduralar əsasında əməliyyatların yerinə yetirilməsi və lazımi dəyişikliklər barədə hesabatın verilməsi
 Cədvəl və diaqramların hazırlanması
 Hesabatların tərtibatı və sxemləşdirilməsi

Bilik və Bacarıqlar:

 Masaüstü və noutbuk kompüterlərlə, smartfonlarla işləmə bacarığı
 Windows əməliyyat sistemində işləmə bacarığı
 MS Office proqramlarında  (Word, Excel and PowerPoint) güclü işləmə bacarığı
 Problemləri düzgün analiz edə bilmə
 Müstəqil və sürətli qərar verə bilmə bacarığı
 Riyazi və tənqidi düşünə bilmə qabiliyyəti
 Azərbaycan və İngilis dillərində istifadəçilərlə sərbəst yazılı və şifahi ünsiyyət qura bilmə bacarığı
 Komanda daxilində işləyə bilmək, işləri koordinasiya edə bilmə qabiliyyəti

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.
Tətbiqi riyaziyyat sahəsi üzrə təhsil almış və müvafiq vəzifə üzrə 1-3 illik təcrübəsi olan şəxslərə üstünlük veriləcək. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Performance Analyst göstərməyiniz xahiş olunur.