Vəzifənin adı: İctimaiyyət ilə əlaqələr üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
• İnformasiya materiallarının yayılması üçün kütləvi informasiya vasitələrinin seçilməsi və onlarla əlaqələrin qurulması;
• Mütəmadi şəkildə yerli və xarici mətbuatın monitorinq edilməsi;
• Press-relizlərin hazırlanması;
• Dövlət strukturları və mühüm qurumlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi;
• PR xərcləri üzrə büdcənin effektiv şəkildə icra edilməsinə nəzarət;
• PR aksiyaların keçirilməsi və digər PR xarakterli işlərin həyata keçirilməsi;
• Müəssisənin fəaliyyətindəki yeniliklərlə bağlı ictimaiyyəti məlumatlandırmaq;
• Keçirilən tədbirlərə ictimaiyyətin və KİV münayəndələrinin cəlb edilməsi.
Təhsil/Təcrübə:
• Müvafiq sahə üzrə ali təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat müəssisəsində təcrübə arzuolunandır);
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Korporativ prosedurlar və etiket qaydaları, KİV qarşısında çıxış etmə, məqalə hazırlama və onların dərc olunma üsullarını, fəaliyyəti üçün tələb olunan dillərin orfoqrafiyasını bilmək;
• PR-ın və PR kampaniyalarının planlaşdırılması prinsiplərini, PR kampaniyaların təşkili və həyata keçirilməsi metodlarını, daxili korporativ PR və digər PR istiqamətlərinin əsaslarını və Reklam işinin əsaslarını bilmək.
• Analitik və kreativ düşünmə tərzi;
• Təqdim etmə bacarığı;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00;
• İş yeri: H.Z.Tağıyev qəsəbəsi, Sumqayıt;
• Namizədlər mövzu yerində vakansiyanın adını qeyd etməklə: [email protected] elektron ünvanına müraciət edə bilərlər; Ancaq uyğun görülmüş namizədlər ilə əlaqə saxlanılacaq.