Zəmanət üzrə menecer

  • Group Motors
  • Elanın qoyulma tarixi: 06.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi.

Hal hazırda şirkət “Zəmanət üzrə menecer” vəzifəsinə işçi qəbulu elan edir.
 
Vəzifə öhdəliklər:
 
• Zəmanət büdcəsinin hazırlanması və idarə edilməsi;
• İstehsalçının qlobal zəmanət siyasətinin yerli bazarla müqayisəsi, inteqrasiyası və adaptasiyası;
• Yerli zəmanət normalarının tətbiqi və idarə edilməsi;
• Məhsulun sıradan çıxması halının araşdırılması, təmirinin koordinasiyası üzrə məsuliyyət;
• Müştəri ilə əlaqə və sahə xidmət personalı;
• Zəmanətlə bağlı bütün məlumatların əldə edilməsi və saxlanılması;
• İstehsalçı və dilerlər arasında əlaqə;
• Başlanğıcdan sonadək zəmanət iddialarının idarə edilməsi;
• Dəyişikliklərin idarə edilməsi məqsədilə çarpaz funksional şəkildə istifadə edilə biləcək dəqiq və müfəssəl hesabatların və proseslərin hazırlanması;
• Şərtlər və qaydalar da daxil olmaqla zəmanətin əhatə etdiyi sahələri, eləcə də müştəri şikayətləri ilə bağlı danışıqların aparılması;
• İstehsalçının göstərişi ilə bütün məhsul məlumat kitabçalarının və geri çağırmaların koordinasiya edilməsi;
• Xidmət və ya sahə məsələlərinin, eləcə də problemlərinin aradan qaldırılması və həlli məqsədilə korporativ departamentlərlə əlaqəli şəkildə işləmək;
• Xərclərin, qrafik və iş qabiliyyətinin təyin edilmiş təlimatlara uyğun şəkildə nəzarət və idarə olunmasının təmin edilməsi məqsədilə iddiaların izlənməsi, təhlili və yoxlanması;
• Diler şəbəkəsi daxilində yüksək səviyyəli zəmanət biliyi və məlumatlılığının qurulması və saxlanması;
• Zəmanətlə bağlı təmir işləri üçün ehtiyat hissələrinin inventarının idarə edilməsi;
• Dilerlikdə zəmanət məsələləri daxil olmaqla daxili zəmanət işçi heyətinin idarə edilməsi;
• Daxili əmək tariflərinin hesablanması;
• Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirilməsi.
 
Namizədlərə tələblər:
 
• Yaş: 20-40;
• Mexanik və ya avtomatika mühəndisliyi üzrə texniki təhsil; 
• Biznes idarəetmə keyfiyyətləri;
• Zəmanət prosesləri və məsələləri ilə bağlı çox yaxşı bilik səviyyəsi;
• Azərbaycan rus və ingilis dillərini bilməli, əlavə hər hansı bir Avropa dili üstünlükdür;
• MS Office proqramlarında işləmə bacarığı;
• Analitik bacarıqlar;
• Motivasiyalı və digərlərinə motivasiya verə bilmə qabiliyyəti;
• Yaxşı ritorik və ünsiyyət bacarıqları;
• Nümunəvi və diplomatik görünüş;
• Təqdimat üsulları bacarığı;
• Dilerliyin bütün səviyyələrində əmin şəkildə danışıqlar aparma bacarığı;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalısı.
 
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Zəmanət üzrə menecer" qeyd etməklə  [email protected] elektron poçt ünvanına göndərsinlər.