İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Həvalə olunmuş məhsul kateqoriyasının ticari proqramlarının, standartların, şərtlərinin hazırlanması və tətbiq edilməsi;
- Həvalə olunmuş məhsul kateqoriyasının məhsul stokları, plan təminatı, satış kanallarına uyğun satış datalarının məhsul menecerləri üzərindən izlənilməsi və məhsul kateqoriyasının mənfəət satış büdcələrinin kontrolda saxlanılması;
- Həvalə olunmuş məhsul kateqoriyası üzərindən portfelin idarəsi ilə məşğul olur və bunu şirkətin biznes hədəflərinə və “trehshold” sisteminə uyğun aparır;
- Satış Direktorluğu ilə sıx fəaliyyətdə olur, satış heyətinin öz məhsul kateqoriyasına adi olan əməliyyatları izləyib lazımi tövsiyələri və tapşırıqları bildirir. Müştəri- istehlakçı məmnunluğunu təmin etmək üçün satış komandası vasitəsilə lazımlı tədbirlər keçirir;
- Həvalə olunmuş məhsul kateqoriyasının məhsul menecerləri tərəfindən hazırlanmış aylıq satış planlarını izləyir, revizə edir və biznes hədəflərə doğru yönləndirir.
- Cari və növbəti illər üçün layihə rəhbərinə həvalə olunmuş kateqoriya üzrə satış, marketinq və mənfəətlilik planlarının təşəbbüskarı olur və nail olunmasına cavabdehlik daşıyır;
- Şirkətin illik büdcəsinin planlamasında iştirak edir və lazımı datanı təqdim edir;
- Şirkətin Marketinq, Satış, Satınalma, Planlama, Logistika və İstehsalat bölməsinə aid olan prosedurların və əməliyyatların tərtibində fəal iştirak edir və tövsiyyələrini verir;
- Partnyor şirkətlər ilə yüksək səviyyədə əlaqələr qurur və inkişaf etdirilməsini təmin edir;
- Mövcud biznes portfellərini genişləndirir və inkişaf etdirir, beynəlxalq xidmət təminatçıları və təchizatçıları ilə yeni tərəfdaşlıqların yaradılmasına dair variantların baxılmasını həyata keçirir
- Təyin edilmiş kommersiya hədəflərinə çatmaqda tabeçiliyində olan əməkdaşların fəaliyyətlərini koordinasiya edir.
Tələb olunan bilik və bacarıqlar:
- MS Office proqramları,
- Təşkilatçılıq qabiliyyətinə malik olmaq;
- Komanda qurmağı və motivasiya etmək bacarığı;
- Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
- Mükəmməl ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Məqsədyönlü, iddialı və nəticəyönümlü olmaq;
- İdarəetmə bacarığı, liderlik xüsusiyyətləri, stressə davamlılıq.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 5+ illik iş təcrübəsi;
- Rus və İngilis Dili (arzuolunandır);
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
- Ezamiyyələrdə iştirak etmək;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq Şöbə Rəhbəri ” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.