İT üzrə mütəxəssis

İşin təsviri

Bacarıqlar:

Windows Server:

  • Windows Server əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası, Active Directory və GPO
  • Server rollarının və funksiyalarının konfiqurasiyası və idarə edilməsi (fail/print, DNS, DHCP və s.)

Şəbəkə:

  • Şəbəkə protokolları və topologiyaları
  • Şəbəkə avadanlıqları ilə işləmə bacarığı (routerlər, açarlar, firewalllar və s.)
  • Şəbəkə problemlərini həll etmək bacarığı

İT Helpdesk:

  • İstifadəçilərin müraciətlərinə cavab vermək və texniki problemləri həll etmək
  • Proqram təminatı və aparat problemləri üçün texniki dəstəyin göstərilməsi
  • Ticket sistemində qeydiyyatın aparılması

Vəzifə öhdəlikləri:

  • İT-şöbə rəhbərinin tapşırıqların vaxtında yerinə yetirilməsi;
  • İstifadəçilərin xidmətlə bağlı sorğuların email;
  • İşçi stansiyaların hazırlanması;
  • Əməliyyat sistemləri və proqram təminatlarının quraşdırılması və yenilənməsi;
  • İT-avadanlığın qoşulması;
  • İT-avadanlığın profilaktikası;
  • Server otaqları və İT-avadanlığın müvafiq təlimatlara əsasən reqlament yoxlamalarının həyata keçirilməsi;
  • Fasiləsiz qidalanma mənbələrinin işinə nəzarət;
  • Ofis texnikasının işinə nəzarət;
  • Kompüter texnikası və digər İT-avadanlığın servis mərkəzlərinin dəstəyini tələb etməyən ilkin diaqnostikası və təmiri;
  • Şəbəkənin quraşdırılması, dəstəklənməsi;
  • İT-avadanlıq və sərfiyyat materiallarının anbarda saxlanılması, verilməsinin uçotu;

İş saatı:

  • I-V: 9:00-17:00
  • VI (növbəli) 10:00-14:00

Əmək haqqı: (1000AZN+) razılaşma yolu ilə, təcrübə və ixtisasdan asılı olaraq.

Namizədlərə tələblər:

  • Ali təhsil;
  • Qeyd edilən sahədə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan, Rus və İngilis dillərini bilməli;
  • Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
  • Fikrini izah etmə qabliyyəti və ünsiyyət yaratmaq bacarığı yüksək səviyyədə olmalıdır;
  • Stres altında işləmə qabiliyyəti və eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti yüksək səviyyədə olmalıdır;
  • Fəal və işə planlı yanaşma.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "İT üzrə mütəxəssis" qeyd etməklə elektron poçt ünvanına göndərsinlər.