Mühafizəçi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mühafizə olunan obyektləri qorumaq;
  • Mühafizə olunan obyektə gətirilən və ya obyektdən çıxarılan məhsul, material, əmlak və xammala dair müvafiq sənədləri tələb etmək, yoxlamaq və təsdiq etmək;
  • Müəssisəyə məxsus olan əmtəə-maddi dəyərlərin oğurlanması haqqında məlumatların mövcudluğu zamanı müəssisə rəhbərliyinin göstərişlərinə uyğun olaraq müvafiq icra orqanlarına xəbər vermək;
  • Mühafizə olunan obyektlərdə buraxılış və obyektdaxili rejimləri təmin etmək;
  • Bütün işçilərin və qonaqların təhlükəsizlik tələblərinə riayət etmələrini təmin etmək;
  • Mühafizə olunan obyektlərdə xüsusi mühafizə və təhlükəsizlik vasitələrini tətbiq etmək:
  • Özəl mühafizə fəaliyyətini həyata keçirərkən texniki və digər vasitələrdən istifadə zamanı insanların hüquq və azadlıqlarını pozmamaq, onların həyatına, sağlamlığına, habelə ətraf mühitə zərər vurmamaq;
  • Hüquqa zidd hərəkət və ya hadisələrin qarşısını almaq:
  • Mühafizə olunan obyektlərə münasibətdə hüquq pozuntusu baş verdikdə onun baş vermə vaxtı, yeri, halları, hüquq pozuntusu törədən şəxsin saxlanması, fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiq edilməsi zərurətini əsaslandırmaq;
  • Xidməti növbəni qəbul edərkən aşağıdakı avadanlıqların mövcudluğunu və işləməsini yoxlamaq: fənər, projektor, lampalar və başqa işıqlandırma sistemləri, yanğınsöndürmə vasitələri;
  • Mühafizə və yanğından mühafizə sistemlərinin işlərinə nəzarət etməli, həyacan siqnallarına dərhal reaksiya verməli;
  • Növbə qəbul edən zaman növbəli təhvil verən əməkdaşla ərazini yoxlamalı, bütün plombların və qıfılların, həmçinin ərazidə olan əmlakın mövcudluğunu yoxlamaq.;
  • Müəssisənin ərazisində qurulmuş buraxılış rejiminin icrasını təmin etmək, əraziyə icazəsi olmayan şəxslərin daxil olmasına icazə verməmək;
  • Əraziyə kənar şəxs gələn zaman, onların gəlmə məqsədlərini bilib və tələb olunarsa şəxsiyyəti təsdiq edən sənədin əsasında buraxılış vermək;
  • Yanğın baş verdiyi anda dərhal yanğından mühafizə xidmətinin əməkdaşlarını çağırmalı, xidmət rəisinə məlumat verməli və təhlükəsizlik texnikası qaydalarına riayət etmək, şəxsi heyətini təxliyyə olunmasını təmin etmək;
  • Növbəni təhvil təslim edərkən lazımı qeydlərini Növbə Hesabatı jurnalında aparmalı, uyğunsuzluq olarsa dərhal Təhlükəsizlik Xidməti Rəisinə məlumat verməli;
  • Müəssisədən çıxan hər hansı əmlakın buraxılışında TXR-nə məlumat vermək icazə aldıqda AKT əsasında təhvil verilməsini təmin etmək;
  • Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.

Namizədlərə tələblər:

  • Yaş: 25-35;
  • Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini bilməli, rus və ingilis dillərinin bilməsi üstünlükdür;
  • Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
  • Stres altında işləmə qabiliyyəti;
  • Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
  • Fəal və işə planlı yanaşma.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Mühafizəçi" qeyd etməklə elektron poçt ünvanına göndərsinlər.