İctimaiyyətlə əlaqələr şöbəsinə mütəxəssisi

  • Elanın qoyulma tarixi: 02.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın adı: İctimaiyyətlə əlaqələr şöbəsinə mütəxəssisi

İş yeri: Bakı şəhəri

Əsas vəzifə və öhdəliklər:

• Görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasında bununla əlaqədar pres-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlanmasında iştirak etmək;
• İctimai tədbirlərin, PR aksiyaların və digər tədbirlərin keçirilməsinin təşkil etmək;
• Bayram təbrikləri və tədbirlərlə əlaqədar dövlət və özəl qurumlara ünvanlanan məktubları hazırlamaq, rəhbərliklə razılaşdıraraq onların aidiyyatı üzrə çatdırılmasına nəzarət etmək;
• Tanıtım materiallarının hazırlanması (prezentasiyalar, korporativ kitablar, broşurlar və s.) və ictimaiyyətə təqdim edilməsini təşkil etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, yaradıcılıq qabiliyyəti, şəxsi və peşəkar inkişaf, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.
• Dil bilikləri:  Azərbaycan dili sərbəst, İngilis dili və Rus dili orta səviyyədə danışıq və yazı bacarığı;
• Kompüter bilikləri: Microsoft Office və dizayn proqramlarında işləmək bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil.
• Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "İctimaiyyətlə əlaqələr şöbəsinə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.