Qazma əməliyyatlarına nəzarət və quyu bütövlüyü şöbəsinin rəisi

  • Oilfield Company
  • Elanın qoyulma tarixi: 23.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Qazma əməliyyatlarına nəzarət və quyu bütövlüyü şöbəsinin rəisi

Vəzifə öhdəlikləri:

• Qazma podratçısına və subpodratçılarına nəzarət edir;
• Qazma podratçısı və subpodratçıları ilə görüşlər təşkil edir;
• Qazma əməliyyatlarının qəbulolunmuş beynəlxalq standartlara uyğun razılaşdırılmış iş planına əsasən aparılmasına cavabdehlik daşıyır;
• Günləlik qazma və s. raportların hazırlanmasını təşkil edir;
• Gündəlik qazma və s. raportların nəzarəti üzərində saxlayır;
• Gündəlik qazma və s. raportlarının dəqiqliyinə, düzgünlüyünə və informasiyanı geniş əhatə etməsinə nəzarət edir;
• Tabeçiliyində olan qazma mütəxəsisləriylə (özül) ən azı gündə 2 dəfə (səhər və axşam) tele-müşavirə keçirməlidir;
• Qazma əməliyyatlarını idarəetmək üçün müxtəlif sistemlər və nəzarət vastələri tətbiq etməli və idarəetməni daim təkmilləşdirməlidir;
• Qazma podratçılarıyla müşavirələrin təkşili və idarəolunmasına cavabdehdir;
• Qazma podratçısının təşkil etdiyi özüllə telekonfransda iştirak edərək Filialın mənafeyini müdafiyə edir;
• Qazma podratçılarıyla olan iki və ya çoxtərəfli müşavirələrin protokolunu, dəyişikliyin idarəolunma sənədlərini (MOC) hazırlamaq və təsdiq etdirmək;
• Qazmanın idarəolunması üçün standart prosedurların siyahısı çıxartmaq və bu siyahını Quyular üzrə menecerlə razılaşdırmaq;
• Qazmanın idarəolunması üçün standart prosedurların hazırlanması və tətbiqi;
• Verilən tapşırığı razılaşdırılmış vaxtda kefiyyətli təhvil vermək;
• Quyuların  tikintisinin  texniki göstəricilərinin  artırılması  məqsədilə Baş icraçı  tərəfindən  görülən  işin  təşkili, idarə  edilməsi  və  qazma  işlərinin  təkmilləşdirilməsi üzrə hazırlanmış  texniki tədbirlərə  nəzarət  edir  və  işdə  yol  verilən texniki və texnoloji pozuntulara  görə  qabaqcadan xəbərdarlıq edir;
• Müvafiq  strukturlarla  birlikdə  qazmada  istifadə  olunan  texniki və  texnoloji  materiallar  sərfi  normalarının  işlənməsində  iştirak  edir, rəy  verir  və  təsdiq  üçün  rəhbərliyə  təqdim  olunmasına  nəzarət  edir;
• Neft və qaz  quyularının  tiktintisi  zamanı  etaplar  üzrə  aparılan  qazma  işləri  üçün baş  verən  qəza  və  mürəkkəbləşmələrin  qarşısını  almaq  məqsədilə  Baş  icraçı  tərəfindən  hazırlanmış  qabaqcadan  xəbərdarlıq  kompleks  tədbirlər  planına  daimi  nəzarət edir;
• Quyuların  qazılması  zamanı  etaplar  üzrə  aparılan  texniki  və  texnoloji  proseslərə və  layihə  üzrə  istifadə  olunan  texniki  və  texnoloji  materialların  müasir  standartlara uyğun  gəlməsinə  nəzarət  edir;
• Neft  və qaz  quyularının  qazılması  zamanı  quyu  lüləsinin  hazırlanması  və  möhkəmləndirilməsi üçün  layihə  üzrə  tələb  olunan  texniki  və  texnoloji  materialların  (texnoloji tərtibatlar, qoruyucu  kəmərlər, sement  və  s.) miqdarına  və  aparılan  texnoloji  proseslərə nəzarət edir;
• Baş icraçı tərəfindən neft və qaz  quyularının  qazılması  zamanı  layihədən  fərqli  olaraq  aparılan  texniki  və  texnoloji  proseslərə dəyişiklərin edilməsi yalnız, onun üçün müvafiq qaydalara görə hazırlanmış texniki və texnoloji sənədlər (rəhbər sənədlər, təlimatlar, protokollar, akt və s.). Baş  sifarişçi tərəfindən  razılaşdıırılıb təsdiq edildikdən  sonra  həyata  keçirilməsinə  nəzarət  edir;
• Müvafiq  şöbələrlə  birlikdə  illik  qazma  həcminin  hazırlanmasında  iştirak  etmək   və    təsdiq  olunmuş  lazımi  sənədlərin   Baş  icraçıya  təqdim  olunmasına  nəzarət  edir;
• Neft və qaz  quyularının  qazılması  zamanı  baş  vermiş mürəkkəbləşmələrin  və  qəzaların  araşdırılmasında  bilavasitə  iştirak  edir, çıxarılan  qərarın  yerinə  yetirilməsinə Baş  sifarişçinin  müvafiq  rəhbər işçiləri  və  şöbələri  ilə  razılaşdırıldıqdan  sonra  həyata keçirilməsinə  nəzarət  edir;
• Neft və qaz  quyularının  texniki  səbəbdən  ləğv  edilməsi  üçün  Baş  icraçı  tərəfindən hazırlanmış  ləğv  sənədlərinə  Baş  sifarişçinin  rəhbərliyi  və  müvafiq  şöbələrin  verdiyi razılıqdan  sonra  həyata  keçirilməsinə  nəzarət  edir;
• Neft və qaz  quyularının  hər hansı bir  səbəbdən  konservasiyaya  qoyulması üçün Baş  icraçı  tərəfindən  hazırlanmış  texniki  sənəd, Baş sifarişçinin  müvafiq  şöbələri ilə  razılaşdırıldıqdan  və  rəhbərlik  tərəfindən  təsdiq  edildikdən  sonra  həyata  keçirilməsinə  nəzarət  edir;
• Neft və qaz  quyularının  möhkəmləndirilməsində  istifadə  olunan  texniki və istismar kəmərlərinin buraxılması üçün Baş icraçı  tərəfindən hazırlanmış iş planı,  Baş  sifarişçinin  müvafiq  şöbələri  ilə razılaşdırıldıqdan sonra və rəhbərlik tərəfindən təsdiq olduqdan  sonra həyata keçirilməsinə nəzarət edir;
• Neft və qaz  quyularının  qazmadan  sonra  mənimsənilməsi  üçün  Baş  icraçı  tərəfindən  hazırlanmış  iş  planı, Baş  sifarişçinin    müvafiq  şöbələri  tərəfindən  razılaşdırılmalı  və  rəhbərlik  təsdiq  etdikdən  sonra  həyata  keçirilməsinə  nəzarət  edir;
• Qazma keçidi üzrə istehsalat tapşırıqlarının (ay, rüb, il) yerinə  yetirilməsinə  nəzarət edir;
• Maili-istiqamətləndirilmiş quyuların  layihə  üzrə  verilmiş  parametrlərə  görə  qazılmasına  nəzarət  etmək, əldə  olunan  məlumatları  təhlil  edir  və  alınmış  nəticələrin  hansı  vəziyyətdə  olmasının  Baş  icraçının  müvafiq  şöbələri ilə birlikdə  araşdırır;
• Neft və qaz quyularının  qazılması zamanı  layihədə  nəzərdə  tutulmuş texniki və texnoloji  materialların sərfinə və onlardan səmərəli istifadə olunmasına nəzarət  edir;
• Layihədə  verilmiş  parametrlərə  görə  qazma  zamanı  texnoloji  rejimin düzgün seçilməsinə və müvafiq normalara uyğun  aparılmasına  nəzarət  edir;
• Quyuların qazma zamanı bütövlüyünə nəzarət edir;
• Quyunun hər seksiyası üzrə ayrıca seksiya bütövlüyü hesabatı hazırlayır;
• Seksiya bütövlük hesabatı (SBH) Quyunun həmin hissənin beynəlxalq yanaşmaya əsaslanan tələblərdən irəli gələn öhdəliklərə qarşı mövqeyini əks etdirir;
• Seksiya bütövlük hesabatı növbəti seksiyanın qazılmasına icazı sənədidir;
• Seksiya bütövlük hesabatı Quyu bütövlüyünə nəzarət mühəndisi tərəfindən hazırlanır və şöbə rəisi tərəfindən razılaşdırılır və Quyular üzrə menecer tərəfindən təsdiq edilir;
• Quyuların hasilatı zamanı bütövlük məsələlərinə texniki dəstək göstərir və mürəkkəbləşmə baş verərsə mürəkkəbləşmənin idarəolunmasına rəhbərlik edir;
• Qazma podratçısı qarşısında quyunun bütövlük tələblərini qoyur;
• Qazma podratçısının müqavilə şərtlərinə əməl etdiyinə nəzarət edir;
• Yeni  texnika  və  texnologiyanın sınaqdan keçirilməsində bilavasitə iştirak edir və alınan nəticələrə müvafiq qaydada rəy verir, eləcə də alınmış müsbət nəticələri nəzərə alaraq, istehsalatda  geniş  istifadə  edilməsinə  şərait yaradaraq  nəzarət  edir;
• əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət edir;
• İl ərzində ən azı 6 dəfə dəniz əməliyyatlarında iştirak elemək
• şöbənin işçilərinə rəhbərlik edir.
 
Bilməlidir:

İllik qazma işlərinin həcmini ;Quyuların sayının sahələr üzrə yerləşdirilməsini və koordinasiya edilməsi məsələlərinin həllini ;kompüter texnologiyası, rabitə və kommunikasiya vasitələrini;kargüzarlıq, sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını;əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını

E-mail:  [email protected]