Şirkətin adı: QafqazNET MMC (Gilan Construction Group)
Təsvir: Departament - Satış / Kommersiya (sənəd nəzarətçisi)
Tələblər
- Ali təhsil
- Yaş həddi 19-30
- Iş təcrübəsi 1-3 il
İşin təsviri.
1)
- Korporativ Müqavilələrin hazırlanması (kontragentlərlə) və onların izlənməsi (geri qayıdması və s.)
- Fiziki şəxslərlə müqavilələrin hazırlanması (İPTV, KATV, İnternet, Telefoniya) və onların ərazi və ünvan üzrə izlənməsi.
- Geri qayıdan sənədlərin ümumi sistem üzrə izlənməsi
2)
- Layihə üzrə ilkin sənədlərin hazırlanması
- Presale danışığlarının aparılması
- Layihə üzrə qiymət (kommersiya) təkliflərinin hazırlanması
- Layihə üzrə proqnozlaşdırılmış büdcə (approximate cost) müəyyənləşdirilməsi və büdcəyə riayət
- Təhvil təslim aktlarının (Forma2) hazırlanması və layihə təhvilində iştirak
- Layihələr üzrə hesabat sisteminin (excel, access üzərində) yaradılması
3)
- Korporativ (iş) yazışmalarında iştirak
- Korporativ və rəsmi məktubların hazırlanması (qrammatik və leksik qaydalara riayət olunma şərti ilə)
4)
- Şirkətin marketinq siyasətində iştirak və bu siyasətin yenilənməsi bağlı təkliflərin paketinin hazırlanması.
- Biznesin inkişafı strategiyasının hazılanması (hansı diviziyalar üzrə biznesi davam etmək, gəlir mənbəylərinin rentabellik üzrə aylıq analizi)
5)
- Debitor borclarına nəzarət
- Borclu müştərilərlə mütəmadi danışıqların aparılması
- Debitorlar üzrə analiz nəticəsində qənaətbəxş və qeyri rentabelli müştərilərin müəyyənləşdirilməsi və nəticə olaraq prepayment və postpayment siyasətinin müəyyənləşdirilməsi
və s.
Keyfiyyət
- Müstəqil şəkildə qərarların verilməsi və yüksək motivasiya
- Verilmiş tapşırıqların diqqətli şəkildə yerinə yetirilməsinin təmin edilməsi
- Verilən tapşırıqlara analitik və məntiqi yanaşma.
Bacarıqlar
- Prioritetlərin təyin edilməsi, vaxtın səmərəli istifadə edilməsi, yaranmış çətinliklərin vaxtında aradan qaldırılması və çoxtapşırıqlı ışlərin yerinə yetirilməsi
- Kompyuter proqramlarında (Office Word, EXCEL, Power Point) işləmək bacarığı
- Həmçinin satış icraatlarının poçt vasitəsilə göndərişlərinin effektiv şəkildə yerinə yetirilməsi
Dil bilikləri:
Azətbaycan , Rus – advanced
İngilis – upper-intermediate.
Qeyd: Xanım kandıdatlara daha üstünlük verilir.
CV-lərinizi [email protected] ünvanına və mövzu yerində “Sənəd Nəzarətçisi” qeyd edib göndərə bilərsiniz.