Şirkət: Qafqaznet MMC
Vəzifə: İT mühəndis
Sfera: İT (informasiya texnologiyaları)
Əmək haqqı: 800-900 AZN (işçiyə görə dəyişə bilər)
İş rejimi: həftə içi 5 günü, 09:00-18:00
Vəzifə funksiyaları:
- Kamera-nəzarət (İP NVR, HD DVR, smart, anoloq, İP tipli çöl, dome tipli içəri kameralar) sistemlərinin quraşdırılması və texniki servisi;
- Girişə nəzarət-Access control (şifrəli klaviatura, ştrix-şifrə, elektron açar, maqnit kartlar, Weigand kartları, kontaktsız Proximity kart və ya brelokları, radiokanal, İQ breloklar, smart-kartlar, müəyyən edən biometrik sistem) sistemlərinin quraşdırılması və texniki servisi;
- Turniket, şlaqbaum və avtomatik qapıların quraşdırılması və proqram təminatı;
- Siqnalizasiya sistemlərinin quraşdırılması;
- Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərə verilməsi.
Tələblər:
- Ali təhsil (mühəndis ixtisası üzrə)
- Dil bacarıqları: Azərbaycan, Rus, İngilis-dili arzuolunandır;
- Təhlükəsizlik sistemlərinin xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydasını bilməli;
- Zərurət yarandığı halda yeni layihələr və ya yaranmış nasazlıqlar üçün rayonlara ezamiyyətə göndərilməsinə hazır olmaq;
Tələb olunan Fərdi Keyfiyyətlər:
- Özünə inam və özünü inkişaf;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Dinamik, stresə davamlı, təşəbbüskar, qərar qəbul etmə bacarıqlı.
CV-ləri [email protected] ünvanına və mövzu yerində “İT mühəndis” qeyd edib göndərə bilərsiniz.