Restoran Adminstratoru (Bakı və Qəbələ)

İşin təsviri

Vəzifə: Restoran Adminstratoru (Bakı və Qəbələ)

İş rejimi: Tam
Tələb olunan iş stajı: 1-3 il
İş yeri: Azərbaycan / Bakı

Öhdəliklər:

• Heyətin gündəlik iş planlarını tərtib etmək və nəzarət etmək
• Restoranın təmiz saxlanmasını və heyət tərəfindən gigiyena və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək
• Müştərilərin şikayətlərinə cavab vermək, problemi həll etmək üçün müvafiq tədbirlər görmək
• Yeməklərin keyfiyyətinə və təqdimatına nəzarət etmək
• Kassa əməliyyatlarını idarə etmək
• Məhsul sifarişlərini Təchizat Departamentinə göndərmək və onun vaxtında təchizinə nəzarət etmək

Namizəddə tələblər:

• Restoran sahəsində azı 1 – 3 il iş təcrübəsi
• Ali təhsil
• Məsuliyyətli və tələbkar olmaq
• Yüksək təşkilatçılıq qabiliyyətinə malik olmaq
• Ünsiyyətcil, stressə davamlıq
• Dil Bilikləri: Azərbaycan dili – ana dili, İngilis dili – yaxşı, Rus dili - yaxşı.

Müraciət etmək üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur: https://hr.gilanholding.com/v/4532#