Qaynaqçı

İşin təsviri

QAYNQAÇI

MS Professional Trainings and Career Center

ŞİRKƏT HAQQINDA

2010-cu ildə təsis edilmiş MS Professional Trainings and Career Center kadrların peşəkar hazırlanması və karyera irəliləməsi üzrə xidmətlər göstərən şirkətdir. 2012-ci ildən ASAN Xidmət əməkdaşlarına vətəndaş məmnunluğu, stresin idarə edilməsi, dil biliklərinin təkmilləşdirilməsi üzrə təlimlər, habelə onlarla özəl şirkətə personalın inkişafı üzrə xidmətlər göstərmişdir. Paralel olaraq, Azərbaycana gələn əcnəbi şirkətlərə yerli personalın seçilməsində məsləhtçilik xidmətləri göstəririk. 2016-cı ildən yerli peşəkarların xaricdə işlə təmin olunması istiqamətində konsaltinq xidmətləri göstərir.

Avropa Birliyinin üzvü, Şengen zonasına daxil olan Finlandiyada qanuni iş icazəsi ilə işləmək istəyən peşəkar işçi qüvvəsinin seçilməsi, təlimatlanması və işlə təmin olunmaq üçün işəgötürənə yönləndirilməsi məqsədilə MS Professional Trainings and Career şirkəti Azərbaycan, Gürcüstan, Qazaxıstan və Ukraynada namizədlər axtarır.

Ümumi tələblər

Gəmiqayırma sahəsində işləmək üçün QAYNAQÇI
● Ən azı bu sahədə 2 ilədək təcrübəsi olmalı
● Uyğun sertifikatlara malik
● Yerinə yetirdiyi işlər barədə şifahi məlumat vermə bacarıgı
● Yerinə yetiridiyi işləri əks etdirən şəkilləri göndərmək
● Məhkumluq haqqında arayış (seçildikdən sonra tərcümə və notarial təsdiqlə)
● Avropa Birliyi standartlarına uyğun tərtib olunmuş CV
● İngilis dili (2 nəfər komanda rəhbəri üçün intermedate səviyyəsində, 6 nəfər komanda üzvləri üçün elementary səvviyəsində bilmək); Rus dili əlavə üstünlük verir

Ümumi Məlumat

Müqavilə forması:    6 ay (+6ay)
Başlama tarixi:    Ən qısa zamanda 

Eyni vakansiya üzrə yer sayı:  8 nəfər 

Ölkə:     Finlandiya
Şəhər:

Əmək haqqı:    Minimum 2000 AVRO/ay-dan başlayaraq
Tibbi sığorta:    İş saatlarını əhatə edən

Mənzil:     Aylıq 300 AVRO dəyərində bir nəfərlik otaq. Mətbəx və duş daxil. (İşçi tərəfindən ödənilir)

İş icazəsi:    İş icazəsi üçün rüsum namizəd seçildikdən sonra onun özü tərəfindən ödənilir.

Namizədlər intervyuya dəvət olunduğu təqdirdə ingilis dili testi üçün 15 AZN, sair xərclər üçün 25 AZN ödəməlidir.

Namizədlərdən Motivasiya məktubu və CV-ni Azərbaycan və ya ingilis dilində aşağıdakı ünvana ("Qaynaqçı" başlığı ilə) göndərmələri xahiş olunur.

MS Professional Trainings and Career Center LLC
[email protected]

MS Professional Trainings and Career Center tərəfindən digər vakansiyalar