Hazırda Əjdaha şirkəti “Çörək sexi Müdiri” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.
Vəzifə öhdəlikləri:
- Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ qeydiyyatını aparmaq;
- İş vaxtından səmərəli istifadə edilməsi və iş şəraitini yaxşılaşdırılması istiqamətində fəalliyət göstərmək;
- Məhsulun maya dəyərinin aşağı salınması üzrə perspektiv və illik planları hazırlamaq;
- İstehsalat işçilərinə rəhbərlik etmək;
- Verilən tapşırıqlara əsasən iş bölgüsünü təşkil etmək;
- Müəssisənin istehsal planının yerinə- yetirilməsinə nəzarət etmək;
- İşçilərə əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikasına riayət etmələrinə nəzarət;
- Seçilmiş işçilərin mükafatlandırılması üzrə təkliflər vermək, istehsal və əmək intizamını pozanlara qarşı intizam tənbehi vermək.
Tələblər:
- Azərbaycan, Rus dillərini bilməli;
- Komputer bilikləri : Excel, Word;
- İstehsalatın, əməyin idarəetmənin təşkilini bilməli;
- Komandada işləmə bacarığının olması;
- 3 illik iş təcrübəsi
- Ali təhsil
- Fikrini izah etmək qabiliyyəti;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşma;-Analitik düşünmə və analiz qabiliyyətinin olması,
- İşinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində “Çörək sexi müdiri” qeyd etməklə göndərə bilərlər.