Satış Təmsilçisi (Ekspeditor)

İşin təsviri

Şirkət haqqında:

1995-cü ildə fəaliyyətə başlayan “Inci Group Of Company” MMC- nin əsas fəaliyyətini Satış və Distributor Şirkəti kimi davam etdirir. Topdan və pərakəndə satış  üzrə Şirkətin Bakı şəhəri və regionlarda  dağıtım anbarları və satış komandaları vardır.

Vəzifənin adı : Satış Təmsilçisi (Ekspeditor)

Namizədə dair tələblər:

- Ali və Orta təhsil ,
- MS Office ilə qabaqcıl istifadə bacarıqları;
- İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir;
- Komandada işləmə bacarığı;
- Korporativ imic üçün xarici görünüş vacibdir;
- Satış sahəsində minimum 3 illik təcrübə
- B kateqoriyalı sürücülük vəsiqəsi
- Müştərini qazanmaq qabiliyyəti
- Ünsiyyətcillik
- Dəqiqlik və  məsuliyyət
- Problemləri həll etmə bacarığı
- Komanda şəklində işləmək qabiliyyəti
- Yaş: 23-40;

İş barədə məlumat:

- Satış hədəflərinin vaxtlı vaxtında icra olunması
- İşin başlanğıcında anbardan malların təhvil alınması və maşına yüklənilməsi,
- Təyinat məntəqələrinə vaxtında vizitlərin edilməsi,
- Öz rutu üzərində yeni müştərilərin tapılması və onlara məhsulların təklif edilməsi,
- Müştəri borc limitlərinin nəzarətdə saxlanılması ,
- Müştəri loyallığını artıracaq tədbirlərin görülməsi,
- Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi,
- Bazarın mütəmadi araşdırılması, şifahi sorğuların keçirilməsi, bazarda rəqiblərin araşdırılması və əldə etdiyi məlumatların rəhbərliyə ötürülməsi
- Yeni satış nöqtələri haqqında vaxtında məlumat alması
- Rəqiblər və bazar qiymətləri haqqında düzgün və dolğun informasiya alınması və ötürülməsi
- Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq,
- Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq,
- Hər günün sonunda rəhbərliyə günlük hesabatın təqdim edilməsi,
- Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi.
- İş qrafiki : 5 gün (09:00-18:00), 6-cı gün (09:00-15:00);
- İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;

Əmək haqqı fiks fond və satışdan bonuslar  əsasında müəyyən olunur və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı -  [email protected] emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.

Müraciət üçün son tarix: 20.04.2018