İnsan Resursları üzrə Menecer (Qadın)

İşin təsviri

İnsan Resursları üzrə Menecer

Cinsi: Qadın
Təhsil: Ali
Yaş: 25-35

İş qrafiki: həftə içi 5 gün 09:00-18:00, şənbə günü 09:00-13:00

Əmək haqqı: 700-1000 AZN

Vəzifə öhtəlikləri:

Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir;

• İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləyir, lazımi dəyişiklikləri daxil edir;
• İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır; əmək kitabçaları əmrlər əsasında doldurur;
• Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edir; 
• Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini; işçilərin istifadə   etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir.
• İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim edir; Kadrlar üzrə hesabatları tərtib edir.
• Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi; Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu.Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi.
• Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirir.
• Kadr sənədləşməsinə mütəmadi nəzarət.

Tələb olunan xüsusiyyətlər.

İnsan resursları/hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, İnternet və s.).
Güclü ünsiyyət və danışıq qabiliyyəti;
Azərbaycan, Rus dilni əla bilməli, ingilis dili orta
Komandada işləmək bacarığı;

Şəkilli cv-ləri [email protected] ünvanına mövzu yerinə  “ İnsan resursları üzrə menecer”  qeyd edərək göndərə bilərsiz.

Əlaqələndirici şəxs-Seyidova İlahə

Xurcun/ AZM Trading LLC tərəfindən digər vakansiyalar