Hazırda Əjdaha şirkəti “İstehsalat Müdiri” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.
Vəzifə öhdəlikləri:
• İstehsalat işçilərinə rəhbərlik edir;
• Verilən tapşırıqlara əsasən iş bölgüsünü təşkil edir;
• Müəssisənin sifarişçi, tədarükçü və digər formada məsuliyyət daşıdığı orqanlar qarşısında məsuliyyətinin vaxtlı-vaxtında və səmərəli icrası üçün fəaliyyət bölgüsü və istehsal planının yerinə-yetirilməsinə nəzarət etmək;
• Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik xidmətinə nəzarət;
• İşçilərə əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikasına riayət etmələrinə nəzarət;
• Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmalı;
• Məhsulun istehsalı və qablaşmasına daim ciddi nəzarət etməli;
Tələblər
• Ət və ət məhsulları istehsalında oxşar vəzifədə çalışmış, istehsal və istehsalat mövzusunda məlumatlı və təcrübə sahibi,
• Yeniliklərə və öyrənməyə meyilli, analitik düşüncəsi olan,
• MS Office proqramını istifadə etməyi bacaran,
• Çevik iş qrafikinə uyğun olan,
• Kollektivlə çalışmağı bacaran, komandasını idarə edə bilən və istiqamətləndirən,
• Qida Təhlükəsizliyi və İdarə Sistemlərində (İSO 9001:22000,HACCP, Təmizlik kimi) mövzularda məlumat sahibi,
• Mərkəz və şöbələr arasindaki koordinasiyani təmin etmək.
İş şəraiti:
• 5 günlük iş həftəsi
• İş vaxtı: 09:00 - 18:00
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində “İstehsalat Müdiri”qeyd etməklə göndərə bilərlər.