Mühəndis-elektrik (layihəçi)

  • Qara Çay Holdinq
  • Elanın qoyulma tarixi: 06.03.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

"Qara Çay" Holdinq inşaat, kənd təsərrüfatı, otelçilik, atçılıq idmanı kimi sahələri, kənd təsərrüfatı və inşaat texnikalarının satış və icarəsini öz fəaliyyət dairəsində cəmləşdirən iri bir şirkətdir. Bir çox nazirlik və hökumət orqanları ilə əməkdaşlıq edən şirkət həm Bakıda, həm regionlarda, həm də bir sıra xarici ölkələrdə müxtəlif layihələrin müəllifidir.

Hazırda “Qara Çayholdinqə Mühəndis-elektrik (layihəçi) tələb olunur.

Vəzifə öhdəlikləri:

Layihələndirmə üçün ilkin məlumatın yığılması;
Sifarışçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
Sənaye bina və tikililərinin, inzibati binaların rabitə, siqnalizasiya, video müşahidə şəbəkələrinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
Layihə sənədlərinin razılaşdırılması və ekspertizasında iştirak edilməsi;

Namizədə qoyulan tələblər:

Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi;
Mühəndis-elektrik ixtisası üzrə ali təhsil;
MS Office proqramları, AutoCAD;
Azərbaycan, rus, ingilis dilləri;
İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
Məsuliyyətlilik;
Komandada işləmək bacarığına malik olmaq, eləcə də müxtəlif və çox funksionalı komandada əməkdaşlıq edə bilmək;

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.