Törəmə müəssisəsinin Hüquq Xidməti Şöbəsinə Baş Hüquqşünas

İşin təsviri

“ABB” ASC-nin törəmə müəssisəsinin Hüquq Xidməti Şöbəsinə Baş Hüquqşünas vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
 Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
 Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
 Filial, şöbə və nümayəndəliklərin açılması ilə bağlı hüquqi sənədləri hazırlanması;
 Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
 Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
 Protokolların aparılması, hazırlanması;
 Məhkəmə və digər orqanlarına sənədlərin hazırlanması və təqdim edilməsi;
 Məhkəmədə və digər orqanlarda şirkətin adından təmsil edilməsi;
 Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.

Əsas Bacarıqları:

 Analitik düşüncə qabiliyyəti
 Detallara diqqət
 İnandırıcılıq
 Qərar vermə
 Normativ yazı qabiliyyəti

Vakant vəzifə üzrə tələblər:

 Ali hüquqi təhsil;
 Azərbaycan, Rus dillərində mükəmməl danışıq və yazı bacarığının olması, İngilis dil biliyi – yaxşı səviyyədə;
 Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
 Məhkəmələrdə təmsilçilik üzrə və Korporativ Hüquq sahəsində 1-3 illik iş təcrübəsi.

Bu iş sizə nələri qazandıracaq:

 Şirkətin fəaliyyətini ətraflı öyrənmək imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 Mart 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Baş Hüquqşünas” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az