Satış / Proqram Məsləhətçisi

  • Code Academy
  • Elanın qoyulma tarixi: 22.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Code Academy - nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir.

Vakansiya: Satış / Proqram Məsləhətçisi

İşin təsviri:

- Code Academy-nin tədris proqramlarının hədəflərə uyğun satışını təşkil etmək
- Müştərilərlə ünsiyyət qurmaq və onları məlumatlandıraraq tədris proqramlarına cəlb etmək 6 günlük iş rejimi

Görmək istədiyimiz bilik və təcrübə:

- Universitetin İnformasiya Texnologiyaları, Kompyuter Elmləri və bu kimi fakültələrindən məzun
- Azərbaycan dilini əla, rus və ingilis dillərini minimum orta səviyyədə bilmək
- Microsoft Office proqramlarında işləyə bilmək
- Peşəkar e-mail yaza bilmək
- Minimum 1 il satış və ya təqdimat etməkdə iş təcrübəsi

Axtardığımız qabiliyyətlər:

- Danışıqlar apara bilmək
- Problemlərin həllinə kreativ yanaşmaq
- Məsuliyyətlilik - Gülərüzlülük

Vəd etdiklərimiz

- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Code Academy daxilindəki bütün dərslərə giriş imkanı Kompyuter, mobil telefon və korporativ nömrə şirkət tərəfindən verilir.

Maaş: 800-1200 AZN

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər [email protected] ünvanına öz resume-lərini göndərsinlər.