Reception

  • Code Academy
  • Elanın qoyulma tarixi: 22.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir.

Vakansiya: Reception

İşin təsviri:

- Təhsil mərkəzinə gələn qonaqları və müştəriləri qarşılamaq
- Telefon zənglərinə cavab vermək
- Qeydiyyat işinin aparılması 6 günlük iş rejimi Görmək istədiyimiz bilik və təcrübə:
- Microsoft Office proqramlarında işləyə bilmək
- Azərbaycan dilini əla, rus və ingilis dillərini minimum orta səviyyədə bilmək
- Peşəkar e-mail yaza bilmək
- Minimum 1 il müştəri xidmətləri və ya receptionda iş təcrübəsi

Axtardığımız qabiliyyətlər:

- Məsuliyyətlilik
- Gülərüzlülük
- Ünsiyyətcillik

Vəd etdiklərimiz

- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Code Academy daxilindəki bütün dərslərə giriş imkanı

Kompyuter, mobil telefon və korporativ nömrə şirkət tərəfindən verilir.

Maaş danışıqlar əsasında təyin olunacaqdır.

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər [email protected] ünvanına öz resume-lərini göndərsinlər.