Korporativ müştərilərlə iş şöbəsi, mütəxəssis

İşin təsviri

Vəzifənin adı: Korporativ müştərilərlə iş şöbəsi, mütəxəssis

Vəzifə öhdəlikləri:

• Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması, korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması, habelə korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
• Müəssisə tərəfindən qoyulmuş yığım planının yerinə yetirilməsi;
• Müştəri məmnuniyyətinin təmin edilməsi;
• Müəssisənin işgüzar nüfuzunun qorunması;
• Satış texnikaları üzrə biliklərin işində tətbiq edilməsi;
• Korporativ satış bazasının mütəmadi olaraq inkişaf etdirilməsi;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının icra edilməsi;
• Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Təhsil/Təcrübə:

• Marketinq sahəsində ali təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Sürücülük vəsiqəsi və 2 il sürücülük təcrübəsi olmalıdır;
• Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli;
• Azərbaycan, Rus dillərini mükəmməl, İngilis dilində yaxşı səviyyədə bilməli;
• Məsuliyyətli və güclü analitik olmalı;
• Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikaları bilməli, habelə müştəriyönümlü satış  etmək bacarığının olmalı;
• Prezentasiya bacarığı olmalı;
• Bakı şəhərini və rayonları yaxşı tanımalı, habelə aktiv şəkildə ezamiyyətlərə hazır olmalı.

Əlavə məlumatlar:

• Maaş: razılaşma əsasında + satışdan əlavə faiz;
• Şirkət tərəfindən yanacaq və avtomobilin amortizasiya xərcləri habelə şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: [email protected]

İşəgötürənin reytinqi