Baş Elektrik (Biləsuvar rayonu)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 22.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın adı: Baş Elektrik

Namizədə aid tələblər:

- 30 - 40  yaş aralığında kişi;
- Ali-texniki və ya mühəndis-texniki təhsili;
- Müəssisənin profilinə uyğun rəhbər və mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı;
- MS Office proqramlarını bilməli;
- Müəssisənin enerji təchizatının təşkilini; elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını,  konstruktiv xüsusiyyətlərini,  iş rejimini və onların istismarı qaydasını;
- Əməyin elmi təşkili tələblərini, istehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını bilməlidir.;
- İdarəetmə qabiliyyəti, ünsiyyət qabiliyyəti və qərar vermə bacarığı olmalı.

İş haqqında məlumat:

- Elektrik avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz   vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını, qənaət rejiminə riayət etməklə enerji ehtiyatlarından səmərəli istifadə olunmasını təmin edir,
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir.,
- Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına,   təmirin   keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir,
- Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək
- Enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək,
- Elektrik xətlərinin montaj etmək və təmir işlərini həyata keçirmək,
- Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək,
- Kənd Təsərrüfatı sahəsındə elektrik xətlərində yaranan bütün nasazlıqları vaxtında aradan qaldırmaq,
- Yeni quraşdırılan pivot, nasosxana qurğularına elektrık xəttlərinin çəkilməsi, yararnan nasazlığın aradan qaldırılması təlimatlarını vermək və işə ümumi nəzarət etmək..

İş yeri: Biləsuvar rayonu “Azərsun Kənd Təsərrüfatı”

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 12.03.2018-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Baş elektrik”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

İşəgötürənin reytinqi