Satış koordinatoru / Ofis Administratoru (Qadın)

  • Prolink Caspian
  • Elanın qoyulma tarixi: 19.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 2005-ci ildə təsis edilmiş “PROLINK CASPIAN” MMC dünya şöhrətli aparıcı şirkətlərin istehsalı olan və tikinti-inşaat, torpaq qazma, anbar və yükqaldırma sahələrində istifadə edilən geniş çeşiddə avadanlıq və texnikanın təchizatçısıdır:

PROLINK CASPIAN MMC  “Satış koordinatoru  / ofis administratoru” vakansiyası elan edir.

İşçiyə qoyulan tələblər:

• Cinsi: Qadın
• Təhsil: Ali
• İş Təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il
• Dil bilikləri: Azərbaycan dili - doğma, İngilis dili – yaxşı, Rus dili  -  yaxşı
• Digər bacarıqları: Internet Explorer, Microsoft Office, 1C 8
• Kargüzarlıq işlərini bilmək
• Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı

Şəxsi keyfiyyətlər:

• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Ünsiyyət, rabitə və komandada ilə işləmək bacarığı

Vəzifə öhdəlikləri:

• Müştərilərin iş fayllarının hazırlanması.
• Müştərilərin satınalma sifarişlərinin izlənməsi.
• Qiymət cədvəllərinin hazırlanması.
• Gömrük rəsmiləşdirilməsi üçün sənədlərin hazırlanması.
• Avadanlıq üçün hesab-fakturaların hazırlanması.
• Təchizatçılar ilə satış müqavilələrinin hazırlanması.
• Satınalma sifarişlərinin hazırlanması.
• Həftəlik, aylıq fakturaların, pərakəndə satış hesabatlarının hazırlanması.
• Müştərilərin sorğularına baxılması, təkliflərin göndərilməsi və satınalma sifarişlərinin alınmasından sonra iş fayllarının saxlanılması.
• İzahat üçün bütün müştərilərlə əlaqə saxlamaq.
• Təchizatçı ilə tələb olunan avadanlıq üçün sifarişin yerləşdirilməsi və yükdaşıma şirkətləri ilə avadanlığın alınmasını əlaqələndirmək.
• İşin hesab– fakturasının göndərilməsi üçün mühasibatlıq ilə əlaqələndirmə.
• Pul vəsaitlərinin dövriyyəsi haqqında hesabatın, aylıq büdcə hesabatlarının hazırlanmasına cavabdehdir.
• Məhsul və təlim materialları üçün bazanın saxlanması.

• Ziyarətçilərin qarşılanması, onlara köməklik göstərilməsi və aidiyyəti üzrə yönləndirilməsi.
• Telefon zənglərinin müvafiq qaydada qəbul edilməsi, yönləndirilməsi, tələb olunduqda qeydlərin aparılması və aidiyyəti şəxslərə çatdırılması.
• Karğüzarlıq işlərinin təşkil edilməsi.
• Printer, skaner, fax və digər ofis avadanlıqlarını sərbəst şəkildə istifadə etmək bacarığı və onlara mütəmadi nəzarət edilməsi.
• Faxların göndərilməsi.
• Digər şöbələr üçün müvafiq sənədlərin surətinin çıxarılması.
• İşçilərin kompyuter xidmətləri ilə təmin olunmasının təşkil edilməsi.
• Nəqliyyat vasitələri üçün etibarnamələrin hazırlanması.
• Korporativ nömrələrin koordinasiyası.
• Aylıq dəftərxana və təsərrüfat mallarının sifarişi.
• Kommunal xidməti işlərinin (elektrik, qaz, su, kanalizasiyavə s.) idarə edilməsi.
• Görüşlərin təşkil edilməsi.
• Bilet və otel sifarişləri.
• Viza üçün sənədlərin hazırlanması.
• Ofisdaxili təmizlik və səliqəyə nəzarət.

İş şərtləri:

• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Rəsmi
• Stabil ödənilən əmək haqqı
• Əmək haqqı 400-450 AZN
• İcbari  sığorta
• İş vaxtı: 1/5, 8.00 – 17.00 (bazar ertəsi – cümə)
• İstirahət günləri: şənbə, bazar
• Korporativ nömrə və danışıq vaxtı verilir
• Korporativ nəqliyyat
• Mehriban kollektiv

Maraqlananlar öz CV formalarını [email protected]  ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.