İnformasiya təhlükəsizliyi üzrə sistem inzibatçısı (secsysadm)

  • eManat
  • Elanın qoyulma tarixi: 18.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş şəraiti:

1. Ofis daxili.
2. Nahar şirkət tərəfindən verilir.
3. Əmək haqqı : Namizədin biliyi yoxlanılaraq razılaşma yolu ilə
4. İş rejimi:  Həftənin 5 günü, 6-cı gün natamam iş günü.

Namizədə qoyulan tələblər:

•         Ali təhsil;
•         Azərbaycan, Rus və Ingilis(texniki) dillərini yaxşı səviyyədə bilmək;
•         IT təhlükəsizliyi sahəsində 2 ildən az olmayan iş təcrübəsi;
•         Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
•         Ünsiyyətqurma və komandada işləmək bacarığı;
•         İT İnfrastrukturu üzrə monitorinqdən toplanan təhlükəsizlik loqlarının emailı və nəticə üzrə işin planlanmasını təmin etmək.
•         Antivirus, zərərli koddan müdafiə sistemləri, DLP, SIEM, IDSIPS və Firewall proqram təminatlarında iş təcrübəsinin olması: 
•         Windows və *NİX əməliyyat sistemlərini inzibatçı səviyyəsində bilmək;
•         İnformasiya təhlükəsizliyi sahəsində əsas beynəlxalq standartların (ISO 2700X və s. kimi) tövsiyyələrini və tələblərini bilmək;

Vəzifə öhdəlikləri:

•         İT resurslarına giriş hüquqlarının verilməsinə və onların istifadəsinə nəzarət;
•         İnformasiyanın qorunması üzrə texniki vasitələrin test edilməsi, tətbiqi və istismarı;
•         İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması və təhlili, bunların qarşısını almaq üçün tədbirlərin həyata keçirilməsində tələblərin irəli sürülməsi;
•         İT infrastrukturu obyektlərinin dövrünün bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə tələblərin irəli sürülməsi;
•         İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, qeydiyyatı, təhlili və onların təhqiqatında tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi;
•         Problemlərin həlli üzrə prosedurların yazılması ;
•         İşçi heyyətinin informasiya təhlükəsizliyi tələblərinə riayət etmələri üzrə yoxlamalarda və xidməti araşdırmalarda iştirak edərək hesabatın hazırlanması
 
Maraqlananlardan xahiş olunur öz CV lərinizi   [email protected]  email ünvanına  göndərəsiniz. Göndərilən CV lərdə  mövzu adı yerində  “secsysadm“  yazılmalıdır.

İşəgötürənin reytinqi