Hüquqşünas

  • Enginet
  • Elanın qoyulma tarixi: 13.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hüquqşünas

Vəzifə öhdəlikləri

• Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
• Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
• Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
• Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
• Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında və məhkəmədə müdafiə etmək;
• Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;
• Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək;
• Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
• Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
• Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
• Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
• Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.

Namizədə olan tələblər

• Ali hüquqi təhsil;
• Hüquq sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərin yüksək səviyyədə bilmək

E-mail: [email protected]

İşəgötürənin reytinqi