Satış Meneceri

  • Halal-P
  • Elanın qoyulma tarixi: 07.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Halal-P” şirkəti Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkət mətbəə avadanlıqları və bank avadanlıqlarının təchizatı ilə məğuldur, 20-dən artıq dünyaca məşhur brendlərin Azərbaycandakı rəsmi distribüteridir.

Satış Meneceri

 Satış meneceri avadanlıq və sərf materiallarının satışı ilə məşğul olur
 Potensial yeni müştərilərin cəlb olunması üçün axtarışlar aparır
 Müştərilərdən daxil olan sorğuların operativ təmin olunmasını həyata keçirir
 Satışın aylıq və illik planını tərtib edir və planı icra edir
 İş qrafiki: I- V günlər saat 09:00-18:00, şənbə günü saat 09:00-14:00

Minimum bilik, səriştə və keyfiyyətlər

 Kommersiya və ya texniki sahədə ali təhsil
 Satış sahəsində iş təcrübəsi
 Danışıqlar aparmaq və inandırmaq qabiliyyəti
 Pozitiv davranış və düşüncə tərzi, ünsiyyətcillik
 Gərgin iş qrafikində və stress altında çalışmaq qabiliyyəti

Üstünlük verilən meyarlar

 Texnika, mexanika, elektronika və bank işi sahəsində bilik və təcrübə
 Dilerlərlə iş sahəsində təcrübə və biliklər
 Öyrənmək, inkişaf etmək potensialı və istəyi
 Komandada işləmək bacarığı
 İngilis və ya rus dilində ünsiyyət bacarıqları
 Sürücülük vəsiqəsi

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu sətrində “Satış meneceri” qeydi edərək [email protected] elektron ünvanına göndərməyi xahiş edirik.

Ərizələrin göndərilməsinin son tarixi 02.03.2018

 “Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!