Kafe Meneceri / Café Manager (Emporium Café)

İşin təsviri

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks Şirkətlər Qrupu bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış  şirkətlərindən biridir.

SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi,  dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.
Qrup dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

Hal hazırda Sinteks Şirkətlər Qrupuna Kafe Meneceri (Emporium Café) tələb olunur.

Vəzifə öhdəlikləri :

• Müştərilərlə ünsiyyət qurmaq və satışda olan malların çeşidi, keyfiyyəti, istehsalı haqqında geniş məlumat vermək.
• Vitrinlərin, qablaşdırma və reklam materialının vaxtında yenilənməsi, həmçinin vizual ticarət prinsiplərinin tətbiqi və inkişaf etdirilməsi istiqamətinsə müvafiq işlərin aparılmasını təmin etmək.
• Ona təhkim olunmuş (təhvil verilmiş) bütün əmlakların qorunub saxlanmasını təmin etmək, talama təhlükəsi olduğu halda dərhal bu haqda birabaşa rəhbərinə məlumat verir.
• Müştərilərlə bağlı bütün problemli məsələri düzgün şəkildə həll etmək və müştəri məmnuniyyətini təmin etmək
• Görülən işlərin vəziyyəti ilə bağlı birbaşa rəhbəri vaxtında məlumatlandırmaq
• Rəhbərlik tərəfindən verilən bütün göstərişləri vaxtında yerinə yetirmək

Namizədə qoyulan  tələblər:

• Otel və ya Restoran sahəsində Baş ofisiant və ya Menecer vəzifələri üzrə azı 3 il iş təcrübəsi
• Otel və Restoran sahəsində xidmət üzrə müvafiq sertifikatlar
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis
• Yaş həddi : 25 yaşdan yuxarı
• Stresə və təzyiqə davamlılıq
• İş prosesində hər bir detala diqqət yetirmək
• Dürüstlük, məsuliyyətlilik və təşkilatçılıq qabiliyyəti

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Café Manager” qeyd etmələri xahiş olunur.

İşəgötürənin reytinqi