Mühasib

  • AGA GROUP
  • Elanın qoyulma tarixi: 04.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşəgötürən: AGA GROUP

Namizədə olan əsas tələblər:

- Ali təhsili
- Cins-kişi
- Yaş – 25-40
- Səlist  Azərbaycan dilini bilməsi (əlavə olaraq rus və ingilis dilini bilənlərə üstünlük verilir)
- Office proqramlarını ilə işləmə bacarığı (MS Word, Excel, 1C 8.3 platformasında təcrübə mütləqdir)
- Mühasibat sahəsində ən az 3-5 il iş təcrübəsi
- Kollektiv ilə işləmə bacarığı

Vəzifə öhdəlikləri:

- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək
-Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- İşçilərlə hesablaşmaların təmin edilməsi
- Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi

İş şəraiti:

- AR əmək məcəlləsinə uyğun sənədləşmə
- İş vaxtı: Bazar ertəsi – Cümə 9:00 – 18:00, şənbə günü 09:00-13:00

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək öz CV-lərini [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Yalnız yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərin  müraciətlərinə baxılacaq.

İşəgötürənin reytinqi