Marketing üzrə Mütəxəssis

İşin təsviri

“Performance Center Co” MMC vakansiya elan edir:

Vəzifə: Marketing üzrə Mütəxəssis

Namizədə tələblər

-          İş stajı: minimum 2 il
-          Yaş həddi: 21-35
-          Dil bilikləri: Azərbaycan və Rus dilləri sərbəst (İngilis dili arzuolunandır);
-          Analiz və yüksək komunikasiya keyfiyyətinə sahib olmaq,
-          MS Office biliklərə sahib olmaq.

Qeyd: Kişi namizədlərə və avtomobil sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İş barədə məlumat

-          Avtomobil bazarı haqqında mütəmadi analizlərin edilməsi və trendlərin izlənilməsi;
-          Rəqiblərin araşdırılması;
-          Brendin reklam işlərinin təşkili;
-          Media və təchizatçılarla işin idarə edilməsi;
-          Gündəlik marketing fəaliyyətlərinin hesabatlarının hazırlanması;
-          Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi.

Əmək haqqı: 500-700 AZN

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini  məktubun mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.