Şirkət haqqında 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifənin adı: İnşaat mühəndisi
Təcrübə müddəti: 3-5 il
Təhsil: Müvafiq sahədə ali təhsil
İxtisas Bilikləri və Bacarıqlar:
Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı; Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilmək;
Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək"
Kompyuter Bilikləri: MS Excel, MS Office, Windows,
VƏZİFƏ FUNKSİYALARI:
Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək
Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq
Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək
Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək
Layihədəki işlərə mühəndislik baxımından rəhbərlik etmək
Layihə-smeta sənədləri üzrə lazımi arayışlar, çertyojlar, hesabatlar hazırlamaq
İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək
İş qrafiki: 6 günlük
Vakansiyanın xüsusi tələbləri: Şəxsi avtomobilin olması mütləqdir (Yanacaq və amortizasiya xərci şirkət hesabına ödənilir)
Yaş həddi: 25 - 50 yaş
İş yeri: Bakı şəh.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "İnşaat mühəndisi" qeyd edilməsi xahiş olunur.