Alıcı (Hacıqabul)

  • Agro Dairy
  • Elanın qoyulma tarixi: 16.01.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Agro Dairy” MMC “Alıcı (Hacıqabul)” vəzifəsinə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri

- Gələn tələbnamələrə əsasən satınalma əməliyyatını yerinə yetirmək.
- Tələbnamələrdə aydın olmayan məqamları aydınlaşdırmaq və təkliflər irəli sürərək mal-materialların satınalmasını həyata keçirmək.
- Spesifikasiyaları və qiymətləri analiz edərək alınacaq mal-materialların siyahısını hazırlamaq; istehsalçıdan digər alternativ mallar haqqında  təkliflər almaq və bu barədə satınalmalar üzrə əlaqələndiricidən razılıq almaq.
- Spesifikasiyalara uyğun olan mal-materialın satınalmasını təşkil etmək; sifarişlərə nəzarət etmək və bu prosesi sürətləndirmək.
- Tələbnamədə təklif olunan malları, tədarükçilər tərəfindən alınan mallar ilə müqayisə etmək və baş verən xətalar haqqında tədarükçilərə məlumat vermək.
- Satınalma ilə bağlı sənədlərin saxlanılmasını təmin etmək.
- Məlumatları toplayıb analiz edərək satınalma planlarını hazırlamaq.

Tələblər

- Ali təhsil
- Sənədlərlə iş üzrə bacarıq və təcrübəsi olmalı;
- Daxili bazarlarda satınalma prosesinin təşkili və icrasına dair bilik və bacarığı olmalı;
- Avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismar qaydalarını bilməli;
- İşlədilən materialları və onların saxlanması qaydasını bilməli;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyasının qayda və normalarını bilməli;
- İngilis dili və rus dili bilənlərə üstünlük verilir.

Əlavə məlumat

- İş yeri – Hacıqabul rayonu

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 1 fevral 2018-ci il tarixinədək  [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Alıcı (Hacıqabul)” şəklində göstərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi