Baş Mühasib

  • Uptech
  • Elanın qoyulma tarixi: 26.12.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Uptech Baş mühasib vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

 Şirkətin maliyyə- təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edilməsi.
 Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə- təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat- maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edilməsi.
 Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edilməsi.
 Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarətin aparılması.
 İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının həyata keçirilməsi.
 Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarətin aparılması.
 Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması.
 Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirmənin təmin edilməsi.

Vakant vəzifə üzrə tələblər:

 Müvafiq sahə üzrə ali təhsil;
 e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
 Mühasibat sahəsində ən az 5 il iş təcrübəsi
 Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
 Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
 Balansın çıxarılması

İş qrafiki:

 Bazarertəsi – Cümə 09-00  - 18-00;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 yanvar  2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Baş Mühasib” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Uptech tərəfindən digər vakansiyalar