Təchizatçı

  • Elanın qoyulma tarixi: 12.12.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

            

23 il təcrübəyə malik, 12 şirkətdə 9500 nəfərdən artıq sayda komandamıza qoşulmağa Sizi dəvət edirik!

Vəzifəniz: Təchizatçı

Təcrübə, bilik və bacarıqlarınız:

⁻ İqtisadiyyat sahəsində bakalavr/magistr təhsili;
⁻ Müvafiq sahədə minimum 1 il təcrübə;
⁻ Microsoft Office proqramlarından səlis istifadə bacarığı;
⁻ Azərbaycan dilində səlis, rus və ingilis dilində yazılı və şifahi ünsiyyət bacarığı;
⁻ Daim inkişafa meyillilik;
⁻ Dürüstlük, obyektivlik və təşəbbüskarlıq.

Vəzifənin qısa təsviri:

⁻ Satınalma sifarişlərinin qəbulu, qiymətləndirilməsi;
⁻ Sifarişlərin razılaşdırılmış müddət ərzində təminatı;
⁻ Təchizatçı firmalarla danışıqların aparılması;
⁻ Daima alternativ tədarükçülərin axtarışı və bazar vəziyyətindən məlumatlılıq;
⁻ Sifarişin qəbulundan, malın çatdırılması, xidmətlərin icrası, prosesə nəzarət və tədarükçülərə ödənişlərin icra olunmasınadək olan satınalma prosesinin tam sənədləşdirməsinin həyata keçirilməsi;
⁻ Tədarükçülərlə müqavilələrin hazrlanmasında iştirak etmək, qiymət-razılaşdırma protokollarının hazırlanması;
⁻ Yeni təkliflər-tövsiyyələrin hazırlanması və satınalma prosedurunun təkmilləşdirilməsində iştirak.

Sizə nə vəd edirik:

⁻ Rəqabətədavamlı əmək haqqı
⁻ Müddətsiz əmək müqaviləsi
⁻ Hədəfli karyera inkişafı və cəlbedici daxili və xarici təlimlər
⁻ Dinamik iş şəraiti
⁻ İşgüzar və mehriban kollektiv
⁻ Nahar yeməyi

Maraqlanan şəxslərdən CV-lərini Mövzu yerinə “Təchizatçı” qeyd etmək şərtilə [email protected] ünvanına göndərməkləri xahiş olunur.