“KREDAQRO” Bank Olmayan Kredit müxtəlif regionlar üzrə FİLİAL MÜDİRİ vəzifəsinə işçi axtarışı elan edir.
Vəzifə və öhdəliklər:
• Filialın işçi heyətinin idarə olunması;
• Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün üzrə çalışmaq;
• Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidətin göstərilməsinin təmin olunması;
• Filial kredit komitəsində iştirak etmək və komitəyə sədrlik etmək;
• Filialın büdcə proqnozlarının hazırlanmasında iştirak etmək və yerinə yetirilməsini təmin etmək;
• Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək, monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
• Ali təhsil;
• Bank və yaxud qeyri bank sektorunda azı 3 il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
• MS Office proqramlarından gündəlik istifadə bacarığı;
• Liderlik və təşkilatçılıq qabiliyyəti.
Uyğun namizədlərdən CV-lərini [email protected] elektron ünvanına məktubun mövzu bölümündə vakansiyanın adını (Filial Müdiri) qeyd edərək göndərmələri xahiş olunur.