Helpdesk (Technical Specialist)

İşin təsviri

 “ABB” ASC İnformasiya Texnologiyarı departamentinə Helpdesk (Technical Specialist) vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 İstifadəçilərin kompüterlərin quraşdırılması və bərpası;
 İstifadəçilərin proqram təminatının quraşdırılması və bərpası;
 İstifadəçiyə aid olan ofis avadanlığının quraşdırılması və bərpası.

Namizədə tələblər:

 Azərbaycan və rus dillərində şifahi və yazılı qaydada  fikirlərini düzgün ifadə etmək bacarığı;
 Kompüterlərin, printerlərin və sair ofis avadanlıqlarının proqram təminatı səviyyəsində bərpa etmək qabiliyyəti;

Bu iş sizə nələri qazandıracaq:

 Bankın fəaliyyətini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 dekabr  2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Helpdesk (Technical Specialist)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az