MEP Engineer (Mechanical, electrical, and plumbing)

  • Qala Group
  • Elanın qoyulma tarixi: 21.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

MEP Mühəndis (Mexaniki, elektrik və su çəkilişi) / MEP Engineer (Mechanical, electrical, and plumbing)
 
"Qala Group" memarlıq layihələrinin inkişafı, layihələrin dizayn və görselləşdirilməsi, landşaft dizaynı və mühəndislik həlləri.

Vəzifələr

•       MEP layihəsinin hazırlanması və müştəri tələblərini nəzərə almaq,
•       MEP işləri və mülki işlər arasında əlaqə vasitəsi olmaq.
•       Podratçı və subpodratçı müqavilələrinı və işlərini idarə etmək.
•       AutoCAD istifadə edərək, bütün təsvirlər hazırlamaq.
•       Tikinti, elektrik, su çəkilişi (MEP) və istilik, havalandırma və isitmə (HVAC), o cümlədən inşaat qurğularının müxtəlif aspektləri ilə bağlı layihələndirilməsi və tikinti planları, təsvirləri və spesifikasiyalarını nəzərdən keçirmək;
•       Tikinti müqaviləsi sənədlərinə uyğun olaraq təqdimatların nəzərdən keçirilməsi və rəhbərliklə müştəri arasında texniki əlaqə kimi çıxış etməli;
•       Hesabat hazırlayıb yerinə yetirilmiş işlərin ətraflı qeydlərini aparmaq;
•       Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək
•       Tikinti obyektlərində MEP tələblərinə cavab vermək üçün və şərtləri inkişaf etdirmək üçün hüquqi organlarla işləmək
•       Arxitektor, dizaynerlər ilə sxematik səviyyədə təhvil paketləri hazırlamaq
•       Podratçıların layihə hazırlanmasına nəzarət etmək, MEP standartlarına uyğun olaraq sənədləri nəzərdən keçirmək.
•       Layihə büdcəsini və keyfiyyət məqsədlərini təmin etmək üçün podratçılarla mütəmadı görüşlər keçirmək
•       Quraşdırmalarının keyfiyyətini təmin etmək və sahədə yaranan problemlərinin sürətli şəkildə həllini asanlaşdırmaq üçün müdaxilə etmək
•       MEP dəyişikliklərini və bütün məlumatları sahə şəkillərinə daxil etmək
•       MEP dəyişdirilməsi iş qaydalarına dair baxışın, büdcənin və əsaslandırmanın təmin olunmasına kömək etmək.
•       Layihənin təhlükəsizliyinə dair qaydaları tətbiq etmək
•       Bina xidmətlərinə və xərclərin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirməklə tam təhlil etmək

Təcrübə, bacarıq və xüsusiyyətlər:
 
•       Ali təhsil
•       Yaş həddi 25-50
•       Azərbaycan, rus dillərini bilməli
•       Mexanika və ya elektrik dərəcəsi (Mühəndislik).
•       Minimum 5 ildən 7 ilədək təcrübə.
•       Yaxşı ünsiyyət bacarıqları
•       Layihənin İdarəetmə prinsiplərinin, sənədlərinin və planlarının bilikləri.
•       Mexanika / elektrik / su çəkilişi, təhlükəsizlik sahəsində geniş biliyə malik olmalı
•       Ticarət tikinti layihələri sahəsində geniş təcrübəyə malik olmalı
•       MEP / memarlıq planlarının qurulmasının mövcud planlaşdırmaya və xərclərə necə təsir göstərdiyini qiymətləndirməyi bacarmalı
•       Layihənin hərəkətini sürətləndirmək üçün qərarlar qəbul edib, problemləri həll etmək bacarığı
•       Tikinti və memarlıq müqavilələrini xüsusiyyətlərini və s. bilmək
•       HVAC modelləşdirməsi təcrübəsi arzuolunandır
•       Analitik və kommunikasiya qabilliyyətləri

Qeyd

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur 16 Dekabr 2017 tarixinədək mövzu sətirində “MEP Mühəndis” qeyd edərək CV-lərini [email protected]  electron poçt ünvanına göndərsinlər.

İşəgötürənin reytinqi

Qala Group tərəfindən digər vakansiyalar