Zootexnik (Biləsuvar rayonu)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 21.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın adı: Zootexnik (Biləsuvar rayonu)

Namizədə aid tələblər:

• Zootexnik ixtisası üzrə ali təhsil,
• Müvafiq sahədə və ya zootexnik kimi 1 illik iş təcrübəsi.

İş haqqında məlumat:

• Heyvandarlıq məhsulları istehsalını artırmaq və keyfiyyətini yüksəltmək üçün bütün zootexniki tədbirləri, damazlıq işlərini, heyvanların cins keyfiyyətini yaxşılaşdırmağı, cins mal-qaranın uçotunu ayrıca aparmağı təmin etməyi bilməli,
• Təsərrüfatın yem balansını tərtib etməyi, yem bazasını möhkəmləndirməyi, gündəlik fərdi və qrup halında yem payını tərtib etməyi, onların düzgün yerinə yetirilməsinə nəzarət etməyi bilməli,
• Yemlərin vaxtında toplanması, daşınması, düzgün saxlanması, istifadəsi və yemləmə üçün hazırlanmasının təşkilini bilməli,
• Maldarlıq fermalarında kompleks mexanikləşdirmə işlərinin təşkili, xəstəliklərə qarşı profilaktiki tədbirlərin görülməsi işlərini bilməli,
• Südün keyfiyyətinin, yağlılıq dərəcəsinin, turşuluğunun müəyyən edilməsi işlərini bilməli,
• Fermada uçot və hesabatın düzgün aparılmasına, mal-qaranın diri çəkisinin, köklük dərəcəsinin, südün yağlılıq dərəcəsinin və miqdarının dəqiq təyinini bilməli,
• Digər bölgələrdən işə götürülən işçilər şirkətin qonaq otağında qalmağa yerlə və gündə 3 dəfə qidalanma ilə təmin ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 22.12.2017-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Zootexnik”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

İşəgötürənin reytinqi