HR Menecer

İşin təsviri

Premium Transport MMC

HR Menecer

Namizədə olan tələblər:

• Ali təhsilli
• Yaş həddi: 25-40 yaş
• Bu sahədə minimum min 3 il iş təcrübəsi
• Azərbaycan və rus dilini mükəmməl bilməli, ingilis dili yaxşı səviyyədə
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək
• Kompüter proqramlarında  (Microsoft Office: Excel, Word, Outlook, İnternet)  sərbəst işləmək
• Məsuliyyətli və diqqətli
• Ünsiyyət qurma və yüksək təqdimat bacarığı
• Problemləri həll etmə bacarığı
• İdarəçilik  qabiliyyəti

Vəzifə öhdəlikləri:

• Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulunu, vəzifə keçirmələrini, işdən azad edilmələrini, bütün növ məzuniyyətlərin, intizam tənbehinin verilməsini və mükafatlandırılmasını rəsmiləşdirmək
• İşçilərin şəxsi işlərini formalaşdırıb qaydaya salmaq, habelə əmək fəaliyyəti ilə bilavasitə bağlı olan dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını yerinə yetirmək
• İşçilərin əmək kitabçalarında vaxtında qeydlər aparmaq, onları qorumaq, əmək stajını hesablamaq, habelə cari və əvvəlki əmək fəaliyyəti haqqında arayışlar vermək
• İşçilərə məzuniyyətlərin verilməsi uçotunu aparmaq, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
• Cəmiyyətin kadrlara olan tələbatını təmin etmək, kadrlarla bağlı məşğulluq və digər orqanlarına müvafiq hesabatları təqdim etmək
• İş vaxtının rejiminə riayyət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və s.
 
İş şəraiti:

• Azərbaycan Respublikası ƏM əsasən sənədləşmə
• Bazar ertəsi – cümə günləri, saat 09.00-17.00
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Nəqliyyat və nahar şirkət tərəfindən təmin olunur
• Əmək haqqı 1000-1200 AZN Net

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz şəkilli CV-lərini mövzu yerində (subject) “HR Menecer” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.