“Əjdaha Dönər” fast-food sektoru üzrə müştərilərə xidmət göstərən aparıcı şirkətlərdən biridir. Mehriban və peşəkar kollektivlə işləyərək ən dadlı dönər hazırlayır, eləcə də, ofislərə və evlərə çatdırılma xidmətini həyata keçiririk.
Hazırda Əjdaha MMC şirkəti “Əməliyyat Meneceri” (Qida Xidməti) vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.
Əməliyyat meneceri Qida Xidmətləri üzrə Menecerlər ilə bütün sahələrdə sıx əməkdaşlıq edir. Əsasən şirkətin hədəf siyasətini həyata keçirir, prosedurlara nəzarət edir və bu mövqe ilə bütün şöbə əməkdaşlarının təlim və inkişafı üçün məsuliyyət daşıyır.
Vəzifə öhdəlikləri:
• Təlim, planlaşdırma, effektivliyin idarə edilməsi (intizam, bölmələrin idarə olunması və s. daxil olmaqla) və bütün komanda üzvlərinin məhsuldar iş prinispinə dəstək olmaq;
• Şöbənin büdcə istiqamətinin inkişaf edilməsi üzrə Menecerlər ilə sıx əməkdaşlıq etmək;
• Bölmələrin inkişafına dəstək olmaq;
• Bütün qida məhsullarının standartlara uyğunluğunu nəzarət etmək;
• Menecerlərin və bütün işçilərin iş cədvəllərinə dəqiqliklə riayət olunmasına nəzarət;
• Bütün fillialların təyin olunmuş standartlara uyğun olaraq işləməsini təmin etmək və gərəkli meyarları müəyyən etmək.
• Bütün filliallarda təyin olunmuş Qrafiklərə uyğun olaraq gündəlik təftişin olunmasını təmin etmək.
• Bütün sənədlərin (təchizat, alınan məhsullar, maliyyə hesabatları) düzgün olmasını təmin etmək.
• Hər bir filial üçün üçün aylıq/ rüblük/ illik olmaqla satış hədəflərinə nail olunmasını təmin etmək.
• İşin zamanında və keyfiyyətlə icra olunması üçün hər bir filialda çalışan işçi heyətinin müvafiq sayda və peşəkarlıqda olmasını təmin etmək.
• Bütün işçi heyətin “Satışın texniki üsulları”, “Müştəri xidmətləri” və “Məhsul haqqında məlumat” təlimlərindən vaxtlı-vaxtında keçməsini təmin etmək.
• Hər bir filialda müştəri xidmətlərinin yüksək standartlara uyğun olmasını təmin etmək.
• Birbaşa rəhbərin bilavasitə əlaqəli digər göstərişlərinin icra etmək
Tələb olunan peşəkar biliklər və bacarıqlar:
• Daxili və xarici biznes əlaqələrin inkişaf etdirilməsi üzrə müntəzəm yazılı və şifahi ünsiyyət bacarıqlarını yüksək səviyyədə saxlamaq.
• Komandanın tərkib hissəsi kimi fəaliyyət göstərmək və ünsiyyət bacarığı.
• Problem həll etmək və peşəkar işləmək bacarığı.
• Komanda üzvü kimi fəaliyyət göstərmək və digərlərini həvəsləndirmək bacarığı.
Tələblər:
• Cari sahə üzrə minimum 2 il təcrübə
• Restoran və fast-food sahəsində işlər üzrə bilik və bacarıqlar
• Ali, natamam ali, orta təhsil
• Yaş həddi: 30-35
• Keyfiyyətli qida istehsalı və üstün müştəri xidməti üzrə biliklər vacibdir.
• Maliyyə və kompüter işlərini (Word, Excel, Outlook poçtu) yerinə yetirmək üçün texniki bacarıqlara sahib olmaq.
• Azərbaycan və rus dillərində yazılı və şifahi ünsiyyət bacarıqları
• Geniş işçi qrupunu idarə etmək, planlaşdırmaq və təşkil etmək təcrübəsi
• Liderlik bacarığına, texniki bacarıqlara və həyata keçirilən əməliyyatlara riayət etməlidir.
• Sürətli, səmərəli və idarəli şəkildə işləməlidir.
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində “Əməliyyat Meneceri” qeyd etməklə göndərə bilərlər.