Direktor Müavini (Pambıq Emalı Zavodu) - Regionlar

İşin təsviri

Direktor Müavini (Pambıq Emalı Zavodu)

Regionlar: Saatli, Sabirabad, Imishli, Beylagan, Salayan, Neftchala, Agjabadi, Kurdamir, Tartar, Barda, Bilasuvar, Aghdam, Zardab

Vəzifələri:

• Müəssisənin İllik büdcəsinin və tədbirlər planının müəyyən edilməsinin və idarəetmə sisteminin təkmilləşdirilməsinin təşkil edilməsi;
• Müəssisədə istehsalın keyfiyyətinə nəzarət edilməsi və artırılmasına dair tədbirlərin həyata keçirilməsi;
• Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
• Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və c. üçün təchizat planının hazırlanması;
• Müəssisənin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsinə nəzarət və dəstək edilməsi;
• Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi;
• Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi;
• Müəssisənin satış kanalları şəbəkəsinin inkişafına dair təkliflərin irəli sürülməsi;

Tələblər:

– İqtisadiyyat, biznes idarəçiliyi, menecment üzrə ali təhsil;
– İdarəetməsi sahəsində 5 il iş təcrübəsi;
– Azərbaycan, Rus və ya İngilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət qurma bacarıqları;
– Analitik düşüncə və problemləri həll etmə bacarıqları;
– Liderlik, təşəbbüskarlıq, dürüstlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahib olmaq;
– MS Office proqramlarını yüksək səviyyədə istifadə edə bilmək;

Interested Candidates please send your CV to [email protected]  indicating "Direktor Müavini (Pambıq Emalı Zavodu) - Region adı" in the subject line of your message. Otherwise your candidacy will not be considered.