İstifadəçiyə Dəstək Üzrə Mütəxəssis

İşin təsviri

PITS Azərbaycan Texnoloji Həllər Şirkəti

Vəzifənin adı: İstifadəçiyə Dəstək Üzrə Mütəxəssis

Tələblərimiz:

- Minimum 2 il istifadəçiyə dəstək sahəsində iş təcrübəsi
- Minimum bakalavr təhsili (diplomun təqdim edilməsi vacibdir)
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq və yazmaq, Ingilis dili - texniki sənədləri oxumaq və yazmaq səviyyəsində olan
- Yeni bilik və bacarıqlara tez yiyələnmək, yeni texnologiyaları mənimsəmək bacarığı olan
- Windows Əməliyyat sistemləri haqqında bilikli və təcrübəli
- Müştəri sorğularının cavablandırılması işləri ilə praktik təcrübəsi , operativ cavablandırma qabiliyyəti, insanlarla düzgün əlaqə və ünsiyyət qurma bacarığı olan
- Kompüter avadanlıqlarına texniki dəstək üzrə - əsas, informasiya təhlükəsizliyi, biznes proseslər, informasiya sistemləri, şəbəkə infrastrukturuna dair - baza biliklərinə, malik, problemləri həll etməkdə biliyi və təcrübəsi olan
- MCP sertifikatına sahib olan mütəxəssislərə üstünlük veriləcəkdir

Vəzifə öhdəlikləri:

- Əməliyyat sistemlərinin qurulması, ayarlanması, idarə olunması və nəzarəti
- Yaranan fiziki və məntiqi texniki problemlərin vaxtında aradan qaldırılması
- Backup sistemlərinin quraşdırılması, tələblərə uyğun ayarlanması və nəzarəti
- Şəbəkələrin fiziki və məntiqi struktur diaqramlarının qurulması, İT prosedurlarının hazırlanması
- Şirkətin İT siyasət və prosedurların uyğun formada işləmək
- İT əməliyyatlarında və texniki avadanlıqlar üçün maddi məsuliyyət daşımaq
- Birbaşa rəhbərinin şifahi və yazılı göstərişlərini yerinə yetirmək
- Şirkətin bütün məlumatlarının və iş prinsipinin məxfiliyini təmin etmək
- Şəbəkədə yaranmış fiziki problemləri həll etmək
- Müştəri sorğusuna operativ olaraq telefon və elektron sənəd formasında cavab vermək.

Əlavə məlumatlar:

- Maaş: Namizədin təcrübəsinə, bilik və bacarıqlarına və dil biliklərin uyğun olaraq razılaşdırılacaqdır
- Namizədlər interview öncəsi məntiq və dil bacarıqlarından test üsulu ilə yoxlanılacaqdır.
- Şirkət tərəfindən nahar təmin edilir

CV-lərinizi [email protected] -a göndərin – məktubun başlığında “İstifadəçiyə Dəstək Üzrə Mütəxəssis” qeyd etməyiniz vacibdir.