Smetaçı Mühəndis

  • SMTS
  • Elanın qoyulma tarixi: 31.10.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Smetaçı Mühəndis

Tələb olunan iş Bacarığı:

- Verilmiş layihələrə əsasən Tikinti Norma və  Qaydaların tələblərinə uyğun smetaların hazırlanması.
- Tikinti quraşdırma, rekonstruksiya və təmir işləri üçün işçilik, əmək haqqı, maşın-mexanizm və s. xərclərinin normativlərinin və vahid həcm üçün qiymətlərinin hesablanması.
- Tikinti Norma və Qaydalarına əsasən normativ sənədlərin hazırlanması;
- Layihə və smeta sənədlərinə uyğun material, invertar, işçilik, maşın –mexanizm və s. xərclərinin hesablanması.
- Microsoft Office; AUTOCAD və s proqramlarda işləmə və kompüterdə sürətli yazma.

Tələb olunan təhsil və biliklər:

- Müvafiq sahədə Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
- Smetaçı olaraq 3 (üç) il iş təcrübəsi (bu beynəlxalq təcrübə olarsa əmək haqqına müsbət təsir edəcəkdir)
- Azərbaycan  dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olamlı. (İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir.)
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;

Digər tələb və şərtlər:

- Yaş həddi: 22-55
- Əmək haqqı 700 – 2000 AZN ( təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur. )
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək  (nahar fasiləsi 2 saat)  

Maraqlanan şəxslərdən  xahiş olunur ki CV formasını [email protected] ünvanına göndərsinlər . Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Smetaçı mühəndis) göstərin. Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaq.